Neftin qiymətinə görə danışıqlar aparılacaq
16 Fevral 2016 07:59 İqtisadiyyatRusiya ilə Səudiyyə Ərəbistanı arasında neftin qiyməti ilə bağlı danışıqlar olacaq.
"qafqazinfo" bildirir ki, Rusiyanın energetika naziri Aleksandr Novak fevralın 16-da Səudiyyə Ərəbistanının neft və mineral resurslar naziri Əli Əl Nuaymla görüşəcək. Bu barədə "Bloomberg" məlumat yayıb.
Qeyri-rəsmi görüş Qətərin paytaxtı Doha şəhərində keçiriləcək.
Görüşdə həmçinin, Venesueladan nümayəndələr də iştirak edəcək.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31