Dollar yenə düşdü, manat möhkəmləndi

Avronun məzənnəsində isə bahalaşma qeydə alınıb

Manat möhkəmlənməkdə davam edir. ANS PRESS-in məlumatına görə, Azərbaycan Mərkəzi Bankının (AMB) fevralın 9-na olan rəsmi məzənnəsində dolların qiyməti yenidən düşüb. Ötən gün ABŞ valyutasının qiyməti 1.5819 idisə, bu gün məzənnə 1.5787 səviyyəsində müəyyən edilib.Avrozonanın vahid valyutası isə bahalaşıb və 1,7610 manatdan 1.7695 manata yüksəlib. Rusiya rublu isə ucuzlaşıb. Rubl 0,0205-dən 0.0201 manata düşüb.Azərbaycan Mərkəzi Bankın (AMB) İdarə Heyətinin dekabrın 21-dəki qərarı ilə üzən məzənnə rejiminə keçid edib. Bu qərar nəticəsində manatın məzənnəsi sürətlə ucuzlaşıb.Uzunmüddətli xarakter daşıyan xarici iqtisadi şokların güclənməsini nəzərə alaraq tədiyə balansının tarazlaşdırılması, ölkənin valyuta ehtiyatlarının kritik səviyyədə qorunması, milli iqtisadiyyatın beynəlxalq rəqabət qabiliyyətinin təmin olunması məqsədilə Mərkəzi Bankın İdarə Heyəti 21 dekabr 2015-ci il tarixində üzən məzənnə rejiminə keçilməsi barədə qərar qəbul edib.Bu qərara əsasən, manatın məzənnəsi başlıca olaraq valyuta bazarında tələb və təklifin nisbətini müəyyən edən fundamental amillərin təsirinə uyğun olaraq formalaşacaq. Mərkəzi Bankın valyuta bazarında iştirakı isə bu rejimə uyğun həyata keçiriləcək.Üzən məzənnəyə keçid haqda qərar fevraldan sonra ikinci dəfə manatın ABŞ dollarına qarşı kəskin ucuzlaşmasına səbəb olub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31