Neft sürətlə ucuzlaşır, manat möhkəmlənir
Əlvan metalın qiymətində müxtəlif istiqamətlərdə dəyişikliklər müşahidə edilib
3 Fevral 2016 07:18 İqtisadiyyatÖtən həftə qiyməti 36 dollara qədər yüksələn neftin qiyməti bu həftə ucuzlaşaraq 29-30 dollar həddinə geriləyib. ANS PRESS-in məlumatına görə, dünya bazarlarında ötən gün 34.06 dollar olan "Brent" markalı neftin qiyməti bu səhər ucuzlaşaraq 32.72 dollar olub."WTI" neftində də ucuzlaşma müşahidə olunub. Ötən gün 31.34 dollar olan "Texas" markalı neftin bir barelinin qiyməti də ucuzlaşaraq 29.52 dollarda qərarlaşıb.Ötən gün "AzəriLayt" markalı neftin bir barrelinin qiyməti isə 35,78 dollar təşkil edib.Əlvan metalın qiymətində müxtəlif istiqamətlərdə dəyişikliklər müşahidə edilib. "Bloomberg"in məlumatına görə, qızılın 1 qramı ucuzlaşaraq 36,25 dollar olub. Platinin 1 qramı 27.40 dollar, palladiumun 1 qramı isə 15.74 dollar olub. Gümüşün qiyməti cüzi bahalaşma ilə 1 qram üçün 0.46 dollar müəyyənləşib.Ötən gün AMB-nin ən son USD/AZN rəsmi məzənnəsi 1,5940 səviyyəsində olub. Avronun məzənnəsində bahalaşma qeydə alınıb. Avro 1.7400 manat, Rusiya rublu isə cüzi ucuzlaşma ilə 0.0206 manat olub. Həmçinin 1 ingilis funt-sterlinqi bahalaşaraq 2.296 AZN, 1 türk lirəsinin qiyməti isə 0.5397 AZN müəyyənləşib.AMB-dən verilən məlumata görə, USD/AZN rəsmi məzənnəsi fevralın 3-də 1,5894 səviyyəsində müəyyən olunub.