Neft ucuzlaşmağa başladı
Əlvan metalda bahalaşma müşahidə olunur
26 Yanvar 2016 06:52 İqtisadiyyatDünya bazarlarında neftin qiymətində ucuzlaşma müşahidə olunub.ANS PRESS-in məlumatına görə, ötən gün 32.62 dollar olan "Brent" markalı neftin qiyməti ucuzlaşaraq 30.00 dollar olub.Ucuzlaşma "WTI" neftində də müşahidə olunub. Ötən gün 32.50 dollar olan "Texas" markalı neftin bir barelinin qiyməti də ucuzlaşaraq 29.78 dollarda qərarlaşıb.Ötən həftə sonu "AzəriLayt" markalı neftin bir bareli 2,59 dollar bahalaşaraq 33,06 dollara çatıb.Əlvan metalın qiymətində cüzi bahalaşma müşahidə edilib. "Bloomberg"in məlumatına görə, qızılın 1 qramı 35,66 dollardır. Platinin 1 qramı 27.52 dollar, palladiumun 1 qramı isə 15.71 dollardır. Gümüşün qiyməti cüzi ucuzlaşma ilə 1 qram üçün 0.45 dollar müəyyənləşib.Yanvarın 25-nə AMB-nin ən son USD/AZN rəsmi məzənnəsi 1,6054 səviyyəsində olub. Avronun məzənnəsində ucuzlaşma qeydə alınıb. Avro 1.7326 manat, Rusiya rublu isə cüzi bahalaşma ilə 0.0205 manat olub. Həmçinin 1 ingilis funt-sterlinqi bahalaşaraq 2.2964 AZN, 1 türk lirəsinin qiyməti isə 0.5351 AZN müəyyənləşib.AMB-dən verilən məlumata görə, yanvarın 26-da USD/AZN rəsmi məzənnəsi 1,6052 səviyyəsində müəyyən olunub. Bununla da dollar 0,0002 manat bahalaşıb.