Hökumətdən Beynəlxalq Banka - 600 milyon manat

2016-cı ildə Azərbaycan Beynəlxalq Bankına əlavə 600 mln. manatın ayrılması planlaşdırılır.

APA-nin  verdiyi məlumata görə, bu barədə "Moody's" reytinq agentliyinin hesabatında qeyd olunub.

Bildirilir ki, hökumətin bu qərarı ölkənin ən böyük bankına dəstəyin vacib olduğunu göstərir.

"Kiçik bank sektoru da hökumətə bu sektoru dəstəkləmək üçün imkan yaradır. Lakin birbaşa kapital dəstəyi əlavə fiskal xərc ola bilər", - deyə hesabatda qeyd olunub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31