Azərbaycan nefti bahalaşdı
23 Yanvar 2016 12:53 İqtisadiyyatAzərbaycanın Supsa, Batumi və Ceyhan limanları vasitəsilə dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin bir barelinin qiyməti 2,59 dollar, yaxud 8,50% bahalaşıb.Virtualaz.org saytı "Report"a istinadən xəbər verir ki, hal-hazırda "Azeri LT CIF" markalı neftin bir barelinin qiyməti 33,06 dollara bərabərdir.Xatırladaq ki, "Azeri LT CIF" neftinin minimal qiyməti 2001-ci ilin dekabrında (19,15 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31