Neft bahalaşmağa başladı
23 Yanvar 2016 08:06 İqtisadiyyatDünya bazarlarında neftin qiymətində bahalaşma müşahidə olunur.ANS PRESS-in məlumatına görə, ötən gün 29.68 dollar olan "Brent" markalı neftin qiyməti 2 dollardan çox bahalaşaraq 32.18 dollar olub.Ötən gün səhər 29.87 dollar olan"Texas" markalı neftin bir barelinin qiyməti də bahalaşaraq 32.19 dollarda qərarlaşıb.Ötən gün "AzəriLayt" markalı neftin bir barelinin qiyməti isə 1,65 dollar bahalaşaraq 30.47 dollar təşkil edib.Əlvan metalın qiymətində cüzi bahalaşma müşahidə edilib. "Bloomberg"in məlumatına görə, qızılın 1 qramı 35,25 dollardır. Platinin 1 qramı 26.76 dollar, Palladiumun 1 qramı isə 15.98 dollardır. Gümüşün qiyməti cüzi ucuzlaşma ilə 1 qram üçün 0.45 dollar müəyyənləşib.Yanvarın 22-nə AMB-nin ən son USD/AZN rəsmi məzənnəsi 1,6028 səviyyəsində olub. Avronun məzənnəsində ucuzlaşma qeydə alınıb. Avro 1.7365 manat, Rusiya rublu isə cüzi ucuzlaşma ilə 0.0194 manata düşüb. Həmçinin 1 ingilis funt-sterlinqinin qiyməti 2.2772 AZN, 1 türk lirəsinin qiyməti isə 0.5308 AZN müəyyənləşib.AMB-dən verilən məlumata görə, məlumata görə, yanvarın 25-də USD/AZN rəsmi məzənnəsi 1,6054 səviyyəsində müəyyən olunub. Bununla da dollar 0,0026 manat bahalaşıb. Yanvarın 25-ə olan məzənnə 23-24 yanvar tarixində də qüvvədə olacaq.