Azərbaycan Rusiyaya nisbətən böhrandan daha rahat çıxacaq

Beynəlxalq Valyuta Fondu Azərbaycan barədə nikbin proqnozla çıxış edib

Azərbaycan iqtisadi böhranı Rusiya ilə müqayisədə daha rahat başa vuracaq. ANS PRESS-in məlumatına görə, bu barədə Beynəlxalq Valyuta Fondu (IMF) açıqlama verib.Fond rəsmiləri 2016-cı ildə qlobal iqtisadi artımın 3,4 faiz olacağını deyib. Bu, əvvəlki 3,6 faizlik proqnozdan daha aşağı göstəricidir.Ekspertlər bunu dünyada baş verən iqtisadi proseslər fonunda Çinin ticarət dövriyyəsinin aşağı düşməsi ilə əlaqələndiriblər. Bu, eyni zamanda, xammal bazarına və Amerikada iqtisadi artımın zəifləməsinə səbəb olacaq.Fond Rusiya və Braziliyada vəziyyətin qənaətbəxş olmadığını hesab edir.Beynəlxalq Valyuta Fondu - Beynəlxalq maliyyə təşkilatlarından biri. Əsası 1944-cü ildə ABŞ-ın Hempşir ştatının Bretton-Vuds ayalətində BMT-nin valyuta konfransında qoyulan, valyuta-maliyyə sferasında beynəlxalq əməkdaşlığı təmin etmək, beynəlxalq ticarətin genişlənməsinə və tarazlı inkişafa şərait yaratmaq, bunula da üzv ölkələrin iqtisadi yüksəlişinə yardımçı olmaq, üzv ölkələrin valyuta stabilliyinə xidmət etmək, üzv ölkələrin tədiyyə balansındakı qeyri-tarzalıqları aradan qaldırmaq məqsədi ilə onlara kreditlər vermək, bununla da beynəlxalq iqtisadi əlaqələrin qarşısını alan maneələri aradan qaldırmaq, beynəlxalq ticarət münasibətlərinə maneçilik törədən valyuta idxalı məhdudiyyətlərinin aradan qaldırılmasına kömək məqsədi ilə yaradılan beynəlxalq maliyyə inistitutudur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31