Fransa şirkəti Azərbaycanı tərk etdi
22 Yanvar 2016 05:09 İqtisadiyyatFransanın Technip Maritime Overseas LTD şirkətinin Azərbaycandakı nümayəndəliyi ləğv edilib.
Virtualaz.org bildirir ki, bu barədə Vergilər Nazirliyinin rəsmi "Vergilər" qəzeti məlumat yayıb.
Technip Maritime Overseas LTD - neft avadanlıqlarının emalı, boru kəmərlərinin tikintisi ilə məşğul olur. Şirkətinin Bakı nümayəndəliyi 1993-cü ildə açılıb.
Məlumatda bildirilir ki, şirkətin kreditorları öz iddia və tələbləri ilə bağlı Bakı şəhəri, Nizami küçəsi 340 ünvanına müraciət edə bilərlər.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31