Neftin bu günə qiyməti

Dünya bazarlarında əlvan metallar və neft ucuzlaşdı

Dünya bazarlarında neftin qiymətində ucuzlaşma müşahidə olunur.

ANS PRESS-in məlumatına görə, ötən gün 28.24 dollar olan "Brent" markalı neftin qiyməti ucuzlaşaraq 27.88 dollar olub.

Ötən gün səhər 27.68 dollar olan"Texas" markalı neftin bir barelinin qiyməti müxtəlif dalğalanmalardan sonra 28.65 dollarda qərarlaşıb.

"AzəriLayt" markalı neftin bir barrelinin qiyməti isə 0,82 dollar ucuzlaşaraq 29,91 dollar təşkil edib.

Əlvan metalın qiymətində cüzi ucuzlaşma müşahidə edilib. "Bloomberg"in məlumatına görə, qızılın 1 qramı 35,26 dollardır. Platinin 1 qramı 26.47 dollar, Palladiumun 1 qramı isə 15.89 dollardır. Gümüşün qiyməti stabil qalaraq 1 qram üçün 0.45 dollar müəyyənləşib.

Yanvarın 19-na AMB-nin ən son USD/AZN rəsmi məzənnəsi 1,6028 səviyyəsində olub. Euronun məzənnəsində də bahalaşma qeydə alınıb. Euro 1.7451 manat, Rusiya rublu isə cüzi ucuzlaşma ilə 0.0202 manata düşüb. Həmçinin 1 ingilis funt-sterlinqinin qiyməti 2.2847 AZN, 1 türk lirəsinin qiyməti isə 0.5283 AZN müəyyənləşib.

AMB-dən verilən məlumata görə, Mərkəzi Bankın 19.01.2016-cı il tarixinə müəyyən olunan USD/AZN rəsmi məzənnəsi bu gün də 1,6028 səviyyəsində olacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31