Neftin və dolların bu günə qiyməti

Dünya bazarlarında əlvan metalın qiymətində stabillik müşahidə edilib

Dünya bazarlarında neftin qiymətində cüzi bahalaşma müşahidə olunur.

ANS PRESS-in məlumatına görə, ötən gün 28.15 dollar olan "Brent" markalı neftin qiyməti 1 dollara yaxın bahalaşaraq 29.12 dollar olub.

"Texas" markalı neftin qiyməti isə cüzi ucuzlaşıb. Belə ki, ötən gün səhər 28.79 dollar olan "Texas" (WTI) markalı neftin bir barelinin qiyməti müxtəlif dalğalanmalardan sonra 28.55 dollarda qərarlaşıb.

"AzəriLayt" markalı neftin bir barrelinin qiyməti isə 0,82 dollar ucuzlaşaraq 30,72 dollar təşkil edib.

Əlvan metalın qiymətində cüzi ucuzlaşma müşahidə edilib. "Bloomberg"in məlumatına görə, qızılın 1 qramı 35,00 dollardır. Platinin 1 qramı 26.41 dollar, Palladiumun 1 qramı isə 15.86 dollardır. Gümüşün qiyməti cüzi ucuzlaşma ilə 1 qram üçün 0.44 dollar müəyyənləşib.

Yanvarın 18-nə AMB-nin ən son USD/AZN rəsmi məzənnəsi 1,5870 səviyyəsində olub. Euronun məzənnəsində də cüzi ucuzlaşma qeydə alınıb. Euro 1.7293 manat, Rusiya rublu isə cüzi bahalaşma ilə 0.0203 manata yüksəlib. Həmçinin 1 ingilis funt-sterlinqinin qiyməti 2.2650 AZN, 1 türk lirəsinin qiyməti isə 0.5222 AZN müəyyənləşib.

AMB-dən verilən məlumata görə, Mərkəzi Bankın 19.01.2016-cı il tarixinə USD/AZN rəsmi məzənnəsi stabil qalaraq 1,5870 səviyyəsində müəyyən olunub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31