Neft 30 dollardan aşağı düşdü
14 Yanvar 2016 06:53 İqtisadiyyatBrent markalı neft 2004-cü ildən bəri ilk dəfə 30 dollardan aşağı düşüb.
APA-nın məlumatına görə, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,43% ucuzlaşaraq 30,31 dollar təşkil edib.
ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri 3,2% azalaraq 29,99 dollaradək düşüb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31