Neftlə bağlı vəziyyət dramatikləşir - 31 dollar

Dünya bazarında neftin qiyməti kəskin ucuzlaşıb."Qafqazinfo" RBK-ya istinadən xəbər verir ki, hazırda Brent markalı neftin bir barreli 32 dollardan da aşağı düşüb. Belə ki, qiymət 31,86 dollarda qərarlaşıb.Bu, son günlər neftin 5,2% ucuzlaşması deməkdir.WTI markalı neftdə də vəziyyət eynidir. Bu tipli neftin Nyu-York birjasındakı bir barrelinin qiyməti 31,75 dollar təşkil edir.Analitiklər isə bu ucuzlaşmanı dünyanın ən böyük neft alıcısı olan Çində iqtisadiyyatın çökməsi ilə əlaqələndirirlər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31