Dollar alıcılarına yeni xəbər — RƏSMİ

Bu gün noyabrın 23-ü ilə müqayisədə Azərbaycanda 1 ABŞ dollarının məzənnəsi manata nisbətdə zəifləyib."APA-Economics"in məlumatına görə, Azərbaycan Mərkəzi Bankının (AMB) noyabrın 24-ə olan rəsmi məzənnələr bülleteninə nəzər salanda məlum olur ki, ölkəmizdə dolların rəsmi məzənnəsi noyabrın 23-ü ilə müqayisədə 0,0001 manat və ya 0,1% azalaraq 1,0510 manat olub.Bivalyuta səbətinə daxil olan avronun məzənnəsinə gəlincə isə, Avrozonanın vahid valyutası 0,0015 manat və ya 0,13% artaraq 1,1171 manata yüksəlib.Manata nəzərən Rusiya rublu isə 0,0004 manat və ya 2,45% azalaraq 0,0159 manat səviyyəsində qərarlaşıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31