Azərbaycan Rusiyanın QLONASS sisteminə qoşula bilər

Azərbaycan gələcəkdə Rusiyanın QLONASS (ABŞ-ın GPS sisteminin analoqu) sisteminin inkişafına qoşula bilər. "APA-Economics" RİA "Novosti" agentliyinə istinadən xəbər verir ki, bu barədə "Azərkosmos" ASC-nin sədri Rəşad Nəbiyev bildirib. "Azərbaycanla Rusiya müxtəlif sahələrdə əməkdaşlıq edir. Əgər bu sistemin inkişafına gələcəkdə bir töhfə verə biləriksə, buna qoşula bilərik. Bunun üçün tərəflərin qarşılıqlı anlayışı olmalıdır", - deyə R. Nəbiyev bildirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31