SOCAR: Azərbaycan 2020-ci ilə kimya sənayesinin modernləşdirilməsini başa çatdıracaq
30 Oktyabr 2015 13:42 İqtisadiyyatSOCAR 2020-ci ilə Azərbaycanın kimya sənayesinin, eləcə də "Azərkimya" İstehsalat Birliyinin tam modernləşdirilməsini həyata keçirməyi planlaşdırır. Trend-in məlumatına görə, bunu SOCAR-ın prezidenti Rövnəq Abdullayev Azərbaycanın kimya sənayesinin 70 illiyinə həsr edilmiş tədbirdə deyib. R.Abdullayev qeyd edib ki, əsas vəzifələrimizdən biri də "SOCAR Polymer" layihəsi çərçivəsində tikiləcək yeni zavodların xammalla təmin edilməsidir: "Modernləşdirmə proqramının reallaşdırılmasında ilk addım köhnə müəssisələrin ləğv edilməsi oldu".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31