Rövnəq Abdullayev: "Azərkimya" beş ilə tam modernləşəcək"
30 Oktyabr 2015 13:09 İqtisadiyyat"Azərkimya" İstehsalat Birliyi 2020-ci ilə qədər tam modernizasiya olunacaq. "APA-Economics"in xəbərinə görə, bunu SOCAR prezidenti Rövnəq Abdullayev Sumqayıtda kimya sənayesinin 70 illiyi ilə əlaqədar keçirilən tədbirdə qeyd edib. SOCAR prezidentinin sözlərinə görə, "Azərkimya"nın modenizasiyası üzrə 2015-2019-cu illər üzrə proqram həyata keçirilir: "Bu proqrama uyğun olaraq "Azərkimya"nın mövcud qurğularının tam modernləşdirilməsi həyata keçiriləcək". R. Abdullayev bildirib ki, İstehsalat Birliyində aparılan modernləşmə Sumqayıt Kimya Parkında yaradılacaq yeni zavodların xammalla təminatı üçün vacibdir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31