Azərbaycan seçkilər ərəfəsində telekommunikasiya şəbəkələrinin təhlükəsizliyini gücləndirib
30 Oktyabr 2015 12:17 İqtisadiyyatRabitə və Yüksək Texnologiyalar Nazirliyi struktur bölmələrinə parlament seçkilərində rabitə, internet, televiziya, radio və poçt rabitəsi xidmətlərinin göstərilməsi üzrə fasiləsiz işi təmin etməyi tapşırıb. Bunu Trend-ə rabitə və yüksək texnologiyalar nazirinin müşaviri Müşfiq Əmirov deyib. Onun sözlərinə görə, rabitə şəbəkələrinin fasiləsiz işini təmin etmək üçün operatorların telekommunikasiya qovşaqları gücləndirilmiş rejimə keçəcəklər. Qurumun bütün struktur bölmələrinə torpaq və tikinti-montaj işlərini dayandırmaq, təhlükəsizlik xidmətini gücləndirmək, mümkün problemlərin operativ aradan qaldırılması üçün regional qəza briqadalarını hazır vəziyyətə gətirmək tapşırılıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31