Abid Şərifov: "Azərbaycanda aviasiyanın inkişafına 15 milyard dollar yatırılıb"
Bu illər ərzində 4 yeni hava limanı tikilib, mövcud 2-si isə modernləşdirilib
23 Oktyabr 2015 12:52 İqtisadiyyat"Azərbaycanda aviasiyanın inkişafına 15 milyard dollar yatırılıb". "APA-Economics" xəbər verir ki, bunu baş nazirin müavini Abid Şərifov Bakıda keçirilən Aviasiya və Hava Məkanından istifadə üzrə Dövlətlərarası Şuranın 35-ci sessiyasının iclasında çıxışı zamanı deyib. "Son 10 ildə Azərbaycanda aviasiyanın inkişafına 15 milyard dollar ayrılıb. Bu illər ərzində 4 yeni hava limanı tikilib, mövcud 2-si isə modernləşdirilib. Bundan başqa, helikopter və təyyarə parkları yenilənib, ölkəyə ən müasir təyyarələr gətirilib", - deyə A. Şərifov qeyd edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31