Azərbaycan Türkiyədən yüngülmotorlu təyyarələr sifariş verəcək
16 Oktyabr 2015 14:06 İqtisadiyyatAzərbaycan Türkiyədə 40 yüngülmotorlu təyyarənin inşası üçün sifariş verəcək. Bu barədə Trend IHA agentliyinə istinadən məlumat verir. Yaxın aylarda Bolu vilayətində yüngülmotorlu təyyarələrin istehsalı üzrə zavodun tikintisi başa çatacaq. Bu zavodda Azərbaycan üçün təyyarələr inşa ediləcək. Türkiyədə tikiləcək bütün yüngülmotorlu təyyarələr yerli istehsal olacaq. Azərbaycan üçün təyyarələrin qiyməti barədə məlumat verilmir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31