“Neftin qiymətinin ucuzlaşmasına baxmayaraq...”

Sahib Alıyev: “Sosial yönümlü, ordu quruculuğu və təhlükəsizlik məsələləri ön plandadır”

Artıq bir neçə gündür ki, Milli Məclisdə növbəti ilin dövlət büdcəsi müzakirə edilir. İlkin dəyərləndirmə ondan ibarətdir ki, 2016-cı ilin dövlət büdcəsi əvvəlki illərin göstəricilərinə nisbətən aşağı səviyyədədir. İstər büdcənin gəlirləri, istərsə də xərclərinin aşağı düşməsinin qarşıdakı illərdə əhalinin sosial sifah halına təsirsiz ötüşməyəcəyi qaçılmazdır. Bəs belə olan halda əlavə hansı tədbirlər görmək lazımdır. Millət vəkilləri bununla bağlı fərqli fikirlər irəli sürürlər.
Millət vəkili Sahib Alıyev deyir ki, yeni büdcə qlobal turbulentliyin getdikcə genişləndiyi və dərinləşdiyi bir zamanda tərtib edilib. Onun sözlərinə görə, bu turbulentlik təkcə geosiyasi alanda deyil, həm də qlobal iqtisadiyyat, xammal bazarı və maliyyə müstəvisində də özünü göstərir: "Kartlar indi elə qarışdırılıb ki, bunların hansının hansından doğduğunu müəyyənləşdirmək xeyli çətindir. Və bu turbulentliyin yaratdığı silkələnməni elə bir ölkə yoxdur ki, öz üzərində hiss etməsin. Azərbaycan da istisna deyil. Amma cənab Prezidentin və onun komandasının əməyinin nəticəsidir ki, bu turbulentliyi öz üzərində ən az hiss edən ölkələrdən biri, bəlkə də birincisi məhz Azərbaycandır. Bu özünü 2016-cı ilin büdcəsində də göstərir". Sahib Alıyev bildirir ki, büdcəmiz balanslı büdcədir və cənab Prezidentin tələblərinə uyğun olaraq əvvəlkilərdən daha çox proqramlar üzərində qurulub: "Bu zaman ünvanlılıq faktoruna da diqqət yetirilib ki, belədə pulların hara və necə xərcləndiyinə nəzarət etmək daha asandır. O, geosiyasi çalxantılara, xammal bazarında yaranmış vəziyyətə, qlobal müstəvidə gedən ticarət və məzənnə savaşlarına rəğmən həm də real büdcədir. Ona görə real büdcədir ki, təkcə neftin qiymətinə yanaşmada deyil, demək olar ki, bir çox baxımlardan konservativ proqnozlara dayanılaraq yetərincə koordinasiyalı şəkildə hazırlanıb. İkincisi, onun reallığının qarantı kimi bu günkü vəziyyətimiz durur. Üçüncüsü, bundan öncəki büdcələrin tərtibi və necə yerinə yetirldiyi bizə bunu deməyə əsas verir". Millət vəkili bildirib ki, büdcə təkcə dövlətin iqtisadi gücünü deyil, həm də siyasi və humanitar mahiyyətini ortaya qoyan bir sənəddir: "Biz yaxşı gördük ki, çox zaman qibtə ilə baxdığımız Avropa ölkələrində azca sıxıntı yaşanan kimi nələr baş verdi. Onların büdcələrində ilk növbədə təqaüdlər, sosial ödəmələr, maaşlar azaldıldı. Bizdə isə bunların heç biri gözlənilmir. Beləliklə, 2016-cı ilin büdcəsi dövlətimiz haqqında onu deyir ki, neftin qiymətinin ucuzlaşmasına baxmayaraq bu dövlət yenə də sosial yönümlü, ordu quruculuğu və təhlükəsizlik məsələlərini ön planda saxlayan oturuşmuş və real dövlətdir.
Mənim bir əcənəbi tanışım bu yaxınlarda soruşurdu ki, siz kiçik ölkə olsanız da vətəndaşlarınız özlərini böyük bir dövlətin vətəndaşlarıymış kimi aparır, azərbaycanlılıqlarıyla fəxr edirlər, bu nə ilə bağlıdır? Mən də ona dedim ki, birincisi ölkəmiz kiçik olsa da xalqımız böyükdür, özü də hər baxımdan, ikincisi dövlətimiz öz vətəndaşlarına böyük dövlətlərdən daha çox dayaq durmağa, onun yanında olmağa çalışır. 2016-cı ilin büdcəsi mənim həmin əcnəbiyə söylədiklərimin növbəti təsdiqidir".
Millət vəkili Fərəc Quliyev deyir ki, neft gəlirlərinin azalmasına uyğun bütün sahələrdə azalmalar etmə, işləyən vətəndaşların ixtisara salınması çıxış yolu deyil. Onun sözlərinə görə,  hökumət bu azalmaların yerini doldurmaq üçün alternativ qaynaqlar təklif etməlidir: "Bunun üçün Prezident hökumətə kifayət qədər meydan verib, şərait yaradb. Prezidentin sərəncamları ilə ölkədə sənaye ili, kənd təsərrüfatı ili elan olunub və Prezident bu sahələrin inkişafı üçün kifayət qədər vəsait ayırıb. Açığı bir neçə nazrliyi çıxmaq şərti ilə nazirliklər -hokumət çox tənbəldir, Prezidentlə ayaqlaşa bilmir, təşəbbüskar deyil. Bütün bunların müqabilində neftdən asılı olmayan büdcə formalaşdırılmalı idi. Hansı vəsaiti hökumət , yerli icra hakimiyyəti istəyibsə , bu onlara artıqlaması ilə verilib.


Süleyman

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31