Beynəlxalq Bankın ləğv olunan departamentinin direktoru "Amrahbank"ın rəhbərliyinə gətirilib
14 Oktyabr 2015 15:26 İqtisadiyyat"Amrahbank"ın rəhbərliyində dəyişiklik baş verib. "APA-Economics"in xəbərinə görə, Behnam Qurbanzadə bankın İdarə Heyətinin sədr müavini təyin olunub.
Qeyd edək ki, B. Qurbanzadə 2012-ci ilin avqust ayından 2015-ci ilin oktyabr ayınadək Azərbaycan Beynəlxalq Bankının İslam Bankçılığı departamentinin direktoru vəzifəsində çalışıb. "APA-Economics"in ötən gün verdiyi məlumata görə, bankın adıçəkilən departamenti ləğv olunub, B. Qurbanzadə isə tutduğu vəzifədən uzaqlaşdırılıb. Bankın yaydığı bəyanatda qeyd edilib ki, departamentin öhdəlikləri bankın üzərində qalır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31