Kənd təsərrüfatına ayrılan vəsait artıb

"Neqativ amillər dünya iqtisadiyyatına öz təsirini göstərməkdədir. Azərbaycan iqtisadiyyatında önəmli rolu olan neftin qiymətinin aşağı düşməsi büdcəmizə təsirsiz ötüşməzdi. Ancaq ölkəmiz Prezident İlham Əliyevin məqsədyönlü siyasəti nəticəsində bütün neqativ halların qarşısını peşəkarlıqla alır və iqtisadiyyatımız davamlı inkişaf edir". Bunu Milli Məclisin iclasında parlamentin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov deyib. Deputat Azərbaycan hökumətinin düzgün yol seçərək Dövlət Neft Fondundan asılılığı azaltdığını, qeyri-neft sektoruna üstünlük verdiyini vurğulayıb: "Dövlət büdcəsində gəlirlər azalsa da, sosial sahələrə ayrılan maliyyə vəsaiti azalmayıb. Bu isə, büdcə tərtib edilərkən əsas diqqətin xalqın rifah halının yaxşılaşdırılmasına yönəldiyini göstərir.Kənd təsərrüfatına ayrılan vəsait də azalmayıb və əksinə artım olub. Ölkə başçısı kənd təsərrüfatının inkişafını prioritet istiqamət kimi qoyub və bu sahədə işlər uğurla aparılır" .

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31