Azərbaycan gələn il 18,8 mlrd. manat investisiya cəlb edəcək

2016-cı ildə Azərbaycana 18,8 mlrd. manat həcmində investisiya yatırılacaq. Bunu Milli Məclisinin növbəti plenar iclasında 2016-cı il üçün dövlət büdcə zərfinin müzakirəsi zamanı iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev deyib. Nazirin sözlərinə görə, gələn il Azərbaycanın neft sektoruna 8 mlrd. manat, qeyri-neft sektoruna isə 10,8 mlrd. manat investisiyanın yatırılacağı gözlənilir. "Makroiqtisadi proqnozlarda gələn il və qarşıdakı 3 il ərzində neftin baza qiyməti kimi 50 dollar götürülüb"

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31