Elman Rüstəmov: "Dünyada ticarət, məzənnə və valyuta müharibələri kəskinləşib"
13 Oktyabr 2015 16:20 İqtisadiyyat"Qarşıdakı ildə neftin qiymətləri əhəmiyyətli dərəcədə aşağı olacaq". Bunu Milli Məclisinin növbəti plenar iclasında 2016-cı il üçün dövlət büdcə zərfinin müzakirəsi zamanı Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin sədri Elman Rüstəmov deyib. Baş banker əlavə edib ki, dünya iqtisadiyyatında geosiyasi gərginliklər artıb, iqtisadi ticarət və iqtisadi aktivlik zəif olaraq qalır.Onun sözlərinə görə, dünyada ticarət, məzənnə və valyuta müharibələri kəskinləşib: "Qarşıdakı ildə neftin qiymətləri əhəmiyyətli dərəcədə aşağı olacaq: "2011-ci ildə tədiyyə balansı 17 milyard dollar idi. 2015-ci ilin sonun tədiyyə balansının 2 milyard dollar olacağı gözlənilir. Başqa sözlə, tədiyyə balansı 2011-ci il ilə müqayisədə 8 dəfə az olacaq"
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31