Özəl sektorun borcu hesablanacaq

"Azərbaycanın həm dövlət, həm də özəl sektorun borcunu hesablamalı, onun statistikasını aparmalıyıq. Bu statistikanın aparılması özəl müəssəsilər üçün də önəmlidir". Bu barədə Milli Məclisin iqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə parlamentin bu gün keçirilən iclasında deyib. Onun sözlərinə görə, reytinq alınması məsələsinə məhz özəl müəsisələrin borcunun qaytarılmaması halları da təsir edir. Onun sözlərinə görə, borclanma ilə ilə əlaqədar Mərkəzi Bankın hüquqları artırılacaq. Z.Səmədzadə həmçinin bildirib ki, tədiyyə balansının statistik göstəriciləri də yaxşılaşdırılmalıdır.Onun sözlərinə görə, daxili borclanma aşağı səviyyədədir. "Bu səbəbdən də daxili borclanmaya gedirik. Daxili borclanamaya getməklə iqtisadiyyyatın müstəqillyini təmin etmişik".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31