SOCAR büdcəsinə 136 milyon 487 min manat vəsait ödəyib

SOCAR 2015-ci ilin sentyabr ayında dövlət büdcəsinə 136 milyon 487 min manat vəsait ödəyib. ARDNŞ-dən "OLAYLAR"-a daxil olan məlumata görə, 2015-ci ilin yanvar-sentyabr aylarında büdcəyə 1 milyard 135 milyon 245 min manat vəsait ödənilib. Bundan əlavə, cari ilin sentyabr ayında SOCAR Dövlət Sosial Müdafiə Fonduna 11 milyon 788 min manat vəsait köçürülüb. Bu göstərici 2014-cü ilin sentyabr ayı ilə müqayisədə 144 min manat və ya 101,2 faiz çox olub. Ümumiyyətlə, 2015-ci ilin yanvar-sentyabr aylarında Şirkət tərəfindən Dövlət Sosial Müdafiə Fonduna ödəniş 104 milyon 223 min manat təşkil edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31