Azərbaycan Beynəlxalq Bankının mətbuat xidmətinə yeni rəhbər təyin edilib
28 İyul 2015 12:34 İqtisadiyyatYadigar Cəfərov "Azərbaycan Beynəlxalq Bankının" ASC-nin mətbuat xidmətinə yeni rəhbər təyin olunub. Bu barədə Trend-ə Y.Cəfərovun özü məlumat verib. O, bu vəzifədə 14 il bankın mətbuat katibi çalışan Rauf Ağayevi əvəz edəcək. Y.Cəfərov bundan əvvəl 4 il ərzində "Kapitalbank"-da mətbuat xidmətində, daha sonra "Azər Türk Bank"-da ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi vəzifəsində çalışıb. Professional fəaliyyətinə 1998-ci ildə jurnalistika sahəsində başlayan Y.Cəfərov 2006-ci ilədək "Şərq" və "Azərbaycan" qəzetlərinin əməkdaşı olub. Filologiya üzrə fəlsəfə doktorudur.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31