İqtisadiyyata 12,7 mlrd. manat investisiya qoyulub

2015-ci ilin I yarısında ümumi daxili məhsul 5,7% artıb, sənaye istehsalında 3,8%, kənd təsərrüfatında 7,3%, rabitədə 10,7%, tikintidə 11,5%, nəqliyyatda 1,7%, ticarətdə 13,4% artım qeydə alınıb. Bu barədə İqtisadiyyat və Sənaye Nazirliyindən verilən məlumata görə, ümumilikdə qeyri-neft sektorunda 9,2%-lik artıma nail olunub. Ölkə iqtisadiyyatına 12,7 mlrd. manat həcmində investisiya qoyulub. Məlimatda o da bildirilir ki, ölkənin davamlı inkişafının təmin olunmasında, dünya iqtisadiyyatındakı böhran meyillərinin, enerji bazarında davam edən qeyri-sabitliyin mənfi təsirinin qarşısının alınmasında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi sosial-iqtisadi siyasət, bu siyasətin prioritet istiqamətlərindən olan iqtisadiyyatın şaxələndirilməsi həlledici rola malikdir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31