SOCAR və Vitol Group prezidentlərinin görüşü olub
23 İyul 2015 17:08 İqtisadiyyatSOCAR-ın prezidenti Rövnəq Abdullayev şirkətin baş ofisində dünyanın ən böyük enerji treydinq şirkətlərindən biri olan Vitol Group-un prezidenti İan Teylorun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirib. "OLAYLAR"-ın ARDNŞ-ə istinadən verdiyi xəbərə görə, görüşdə beynəlxalq enerji daşıyıcıları bazarında mövcud vəziyyət və perspektivlər diqqət mərkəzində olub, bu məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb, iki şirkət arasında investisiya və treydinq sahəsində əməkdaşlıq imkanları araşdırılıb. Şirkət prezidentləri gələcəkdə birgə fəaliyyətin mümkünlüyünü vurğulamış, əlaqələrin genişlənməsi və inkişafının hər iki şirkətin mənafeyinə uyğun olduğunu qeyd ediblər. Görüşdə SOCAR və Vitol Group arasında əlaqələrin bundan sonra da davam etdirilməsi barədə razılıq əldə olunub.