Kaxa Kaladze: "Gürcüstanla Azərbaycan Bakı-Tbilisi-Qars layihəsi ilə bağlı öhdəliklərini yerinə yetirib”
“Yalnız layihənin Türkiyədən keçən hissəsində az həcmdə iş qalıb”
16 İyul 2015 18:40 İqtisadiyyat"Bakı-Tiflis-Qars dəmir yolu layihəsi 2016-cı ildə istifadəyə veriləcək". Bunu APA-nın Gürcüstan bürosuna bu ölkənin baş nazirinin birinci müavini, energetika naziri Kaxa Kaladze bildirib. Onun sözlərinə görə, bu ilin payızında layihənin tikintisi tam olaraq başa çatacaq: "Gürcüstanla Azərbaycan layihə ilə bağlı öhdəliklərini yerinə yetirib. Mənə verilən məlumata görə, yalnız layihənin Türkiyədən keçən hissəsində çox az həcmdə iş qalıb. 2016-cı ildə dəmir yolu layihəsi açılışa hazır olacaq".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31