“Əkin sahələrinin yandırılması halları genişlənib” – Ekspert
14 İyul 2015 17:27 İqtisadiyyat"Əkin sahələrinin yandırılması çox pis haldır". Bu barədə kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmov məlumat verib. "Yanğın zamanı torpaq münbitliyin itirir. Torpağın üst hissəsində olan humus qatı, bitki qalıqları və üzvi maddələr yanaraq yararsız hala düşür. Həmçinin torpaqda olan faydalı mikroorqanizmlər, həşaratlar da məhv olur. Təəssüflər olsun ki, son zamanlar ölkə ərazisində biçilmis və az məhsuldar taxıl sahələrin kütləvi olaraq yandırılması halları geniş yayılır", - deyə V. Məhərrəmov qeyd edib. Ekspertin sözlərinə görə, bu ildən başlayaraq hökumət fermerləri təkrar əkinə həvəsləndirmək üçün üçün hər hektara 50 manat subsidiya ayrılacağı və bundan əlavə güzəştli şərtlə mineral gübrələr veriləcəyi ilə bağlı qərar verilib: "Təkrar əkin üçün şum qaldırmağa tələsən fermerlər də sahədə qalmış bitki qalıqlarını yandırmaqla prosesi sürətləndirməyə çalışırlar. Əvvəlki illərdə bu qədər yanğın hadisələri baş verməmişdi". ("OLAYLAR" İA)