Dollar yenidən bahalaşdı

Azərbaycanda xarici valyutaların məzənnəsində dəyişiklik olub

Azərbaycanda xarici valyutaların məzənnəsində dəyişiklik olub. ANS PRESS-in Mərkəzi Banka istinadla verdiyi məlumata görə, avronun məzənnəsi manata nəzərən ucuzlaşıb. Avropanın vahid valyutası 1,1674-dən 1,1550-ə düşüb. ABŞ dollarının manata nisbətdə rəsmi məzənnəsi isə bahalaşıb. Ötən gün 1,0486 AZN-ə bərabər olan dollar artaraq 1,0492 manata qədər yüksəlib. Rus rublunun məzənnəsində cuzi ucuzlaşma qeydə alınıb. Rubl 0,0186-dən 0,0185-ə kimi azalıb. Mərkəzi Bankın İdarə Heyətinin 21 fevral 2015-ci il tarixli qərarı ilə 1 ABŞ dollarının rəsmi məzənnəsi 1.05 AZN səviyyəsində, 1 avronun rəsmi məzənnəsi isə 1.19 AZN səviyyəsində müəyyən edilmişdi. O günə qədər ölkədə 1 dollar təxminən 0, 78 AZN idi.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31