
WTI neftinin son iki aylıq qiymət cədvəli
Londonun İCE ("İnterContinental Exchange Futures") birjasında isə "Brent" markalı neftin bir barrelinin qiyməti 0,25 dollar azalaraq 57,44 dollar təşkil edib.

Brent neftinin son 5 aylıq qiymət cədvəli
Qərb analitikləri hesab edir ki, neftin sürətlə ucuzlaşmasına səbəb İranın tamamilə "qara qızıl" bazarına qayıtması və Yunanıstandakı vəziyyət, o cümlədən Avrozonadan çıxma ehtimalının olmasıdır. Hadisələr birjalar üçün neqativ məcrada davam edərsə, birjaların cavabı da adekvat olacaq və bu gedişlə, yaxın perspektivdə neftin qiyməti düşəcək.