Banklardan müştərilərə güzəştli təkif

Mərkəzi Bankın faiz dərəcələrinin aşağı salınması ilə bağlı qərarından sonra bəzi kommersiya bankları ABŞ dolları ilə götürülən istehlak kreditləri üzrə ödənişləri gecikdirən müştərilərinə yeni şərtlər təklif edir. Bu barədə vətəndaşların redaksiyamıza bildirdiklərinə görə, hətta bu məqsədlə müştəriləri yeni müqavilə bağlamağa da dəvət edirlər. Məlumatda bildirilir ki, banklardan vətəndaşlara gecikmələr üzrə faizlərin hesablanmayacağı və müqavilənin müddətinin uzadılacağı söylənilib. Yeni müqavilə şərtləri elə tərtib olunur ki, vətəndaş vaxt uzandığına görə, faiz ödəməsin, sadəcə, borcunu ödəmək üçün əlavə vaxt qazansın. Qeyd edək ki, kredit üzrə vaxtında ödənişləri etməyən çoxli sayda müştərinin işinin məhkəməyə göndərildiyi barədə məlumatlar var.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31