“Un 60% baha satılır” – Ekspert

Kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmov Azərbaycanda unun qiymətinin artmasına münasibət bildirib. Azərbaycanda unun qiymətinin 10 faizdən çox artdığını xatırladan V. Məhərrəmov qeyd edib ki, çörəkbişirmə ilə məşğul olan sahibkarlar əvvəllər 16 manata aldıqları 50 kiloqramlıq un kisəsini indi 17,8-17,9 manata əldə edirlər. "Taxıl biçini mövsümündə unun qiymətinin artması əmtəəlik buğdanın az olacağından xəbər verir. Normal halda mövsümdə unun qiyməti enməli idi. Onu da qeyd etməliyəm ki, dünya bazarında təklifin artması fonunda tələbin azalması müşahidə olunur. Elə bu səbəbdən də un ixracı ilə məşğul olan ölkələr təklif etdikləri məhsulun qiymətini aşağı salıblar. Ukrayna bir həftə əvvəl ixrac etdiyi əla növ unun 1 tonunu 220-225 dollara təklif etdiyi halda, indi 205-215, 210-215 dollara təklif olunan 1-ci növ məhsul isə, indi 195-205 dollara təklif edir. Azərbaycanda isə un istehlakçılara dünya bazarında mövcud olan qiymətlərdən 60 faiz baha, 340 dollara təklif olunur", - deyə ekspert vurğulayıb. ("OLAYLAR İA")

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31