İdman
Prosineçkiyə meydan oxudu: "İmkan verməyəcəyik"
"Dənizlispor"un sabiq baş məşqçisi Ali Tandoğan "Bursaspor"u çalışdırmaq arzusundadı. Gənc mütəxəssis yığmamızın çalışdırıcısı Robert Prosineçkinin "Bursaspor"a keçmək ehtimalını da dəyərləndirib. 40 yaşlı futbol adamı "ağ-yaşıllar"ın uğursuz çıxışının səbəbini futbolçu heyətinin zəif olması ilə əlaqələndirib. O, komandanın yeni və güclü futbolçulara ehtiyacı olduğunu deyib.
“Tour d’Azerbaidjan-2017”nin 2-ci mərhələsinə start verilib
Beynəlxalq Velosipedçilər İttifaqının 2.1 kateqoriyalı, Ümummilli Lider Heydər Əliyevin 94-cü ildönümünə həsr olunmuş “Tour d’Azerbaidjan-2017” beynəlxalq velosiped turunun 2-ci mərhələsinə start verilib. SİA-nın məlumatına görə, yarış iştirakçıları paytaxdakı Veloparkdan Bakı-İsmayıllı marşrutu ilə hərəkətə başlayıblar. Velosipedçilər 187 km yol qət edərək İsmayıllı Mədəniyyət Mərkəzinin qarşısında finiş xəttini keçəcəklər. Onların təxminən saat 15:10-da mərhələni başa vurmaları gözlənilir.
Millimiz Özbəkistanla qarşılaşacaq
19 yaşadək qızlardan ibarət Azərbaycan yığmasının Özbəkistanda təlim-məşq toplanışı başlayıb. Hazırlıq prosesi çərçivəsində millimiz 2 yoldaşlıq görüşü keçirəcək. Komandamız hər iki qarşılaşmada meydan sahiblərinin U-19 yığması ilə üz-üzə gələcək. İlk oyun bu gün, ikinci matç isə mayın 5-də baş tutacaq.
“Mən bu cür oyunlar üçün doğulmuşam”
UEFA Çempionlar Liqasının (ÇL) yarımfinal mərhələsinin ilk oyunları çərçivəsində bu gün daha bir matç keçiriləcək. Fransada baş tutacaq qarşılaşmada "Monako" "Yuventus"u qəbul edəcək. Qarşılaşmadan öncə hər iki komandanın üzvləri fikirlərini bildiriblər.
İslamiada: Taekvondo yığmamızın heyəti açıqlanıb
Taekvondo üzrə Azərbaycan millisinin heyəti müəyyənləşib. Apasport.az xəbər verir ki, federasiyanın vitse-prezidenti Niyaməddin Paşayev mayın 12-22-də Bakıda keçiriləcək İslam Həmrəyliyi Oyunlarında 12 idmançı ilə təmsil olunacağımızı açıqlayıb.
"Tour d’Azerbaidjan-2017" - İlk günün qalibləri
Bu gün Beynəlxalq Velosipedçilər İttifaqının 2.1 kateqoriyalı, ümummilli lider Heydər Əliyevin 94-cü ildönümünə həsr olunmuş "Tour d'Azerbaidjan-2017" veloturuna start verilib.
Bütün futbolçular ölüm orucu tutacaq - Dünyanın diqqəti onlarda
Hindistan Birinci Futbol Liqasının son çempionu "Aizavl" tətbiq ediləcək yeni sistemlə 2. Liqaya düşəcəklərini eşidincə ölüm orucuyla etiraz etmək qərarı veriblər.
Futbol federasiyasının prezidenti həbs edildi
Çexiya Futbol Federasiyasının prezidenti Miroslav Pelta polis tərəfindən saxlanılıb. Pelta Çempionlar Liqasının yarımfinalında keçiriləcək "Monako" - "Yuventus" oyununu izləmək üçün hava limanından yola düşərkən təhlükəsizlik orqanları tərəfindən tutulub.
Simeone: "Növbəti həftə qeyri-adi bir şey etməliyik"
Çempionlar Liqasının yarımfinal mərhələsində "Atletiko"nu evdə 3 cavabsız qolla məğlub edən "Real" finala çox yaxınlaşıb. "Atletiko"nun baş məşqçisi Diyeqo Simeone isə komandasının cavab oyununda qeyri-adi nəsə edəcəyinə inanır.
Ronaldonun azarkeşlərdən bir istəyi var
"Real"ın hücumçusu Kriştianu Ronaldo "Atletiko" ilə Çempionlar Liqasının yarımfinalında keçirilən oyunda 3 qola imza atıb. Matçdan sonra portuqaliyalı forvard bunları deyib: "Bütün komandanı təbrik etmək lazımdır.
Günün matçlarını yayımlayacaq kanallar
UEFA-dan tarixi qərar
UEFA oyunsonrası qalibi müəyyənləşdirmək üçün təşkil olunan penaltilər seriyasında tarixi dəyişiklik etməyə hazırlaşır. Komandaların növbə ilə yerinə yetirdikləri 11 metrlik zərbədə dəyişiklik olacaq. İlk penalti yerinə yetirildikdən sonra növbəti komanda 1 deyil, ardıcıl 2 penalti zərbəsi vuracaq.
Yığmamızın oyunçuları meydana çıxmadı, "Fənərbağça" çempion oldu
Qadın voleybolçular arasında Türkiyə Sultanlar Liqasına yekun vurulub. Yarışın qalibi "Fənərbağça" olub. "Sarı-lacivərdlilər" final seriyasında "Qalatasaray"ı hər 3 matçda 3:0 hesabı ilə məğlub edib. Bürünc medal uğrunda qarşılaşmada isə "Vakıfbank" "Əczaçıbaşı"dan üstün olub - 2:0.
“Tour d’Azerbaidjan-2017” ilə əlaqədar 5 marşrut üzrə nəqliyyatın hərəkəti fasilələrlə məhdudlaşdırılacaq
Bu gün saat 10.30-da “Tour d’Azerbaidjan-2017” beynəlxalq velosiped turuna start verilib. Azərbaycan Velosiped İdmanı Federasiyasından verilən məlumata görə, “Tour d'Azerbaidjan-2017” beynəlxalq velosiped turu əvvəlki illərdə olduğu kimi 5 mərhələdə keçirilir.
"Hər şeyə rəğmən şansımız qalıb"
Çempionlar Liqasının yarımfinal mərhələsinin ilk oyununda "Real" "Ateltiko"nu darmadağın edərək (3:0) final yolunda inamlı qələbə qazanıb. Matç başa çatdıqdan sonra hər iki komandanın baş məşqçisi fikirlərini bölüşüblər.














