Millimiz Özbəkistanla qarşılaşacaq

19 yaşadək qızlardan ibarət Azərbaycan yığmasının Özbəkistanda təlim-məşq toplanışı başlayıb. Hazırlıq prosesi çərçivəsində millimiz 2 yoldaşlıq görüşü keçirəcək. Komandamız hər iki qarşılaşmada meydan sahiblərinin U-19 yığması ilə üz-üzə gələcək. İlk oyun bu gün, ikinci matç isə mayın 5-də baş tutacaq.

Vüqar Məmmədli toplanışda Günay İsmayılova, Roza Quliyeva, Rövşanə Sərdarlı (hər üçü "Fidan"),  Nigar Abdulova, Həqiqət Qasımova, Vüsalə Hacıyeva, Aynur Zeynalova (hamısı "Təhsil"),  Ayşən Əhmədova, Vüsalə Seyfətdinova (hər ikisi Sumqayıt), Cəmilə Hüseynova ("Məşəl"), Nino Qurqenidze ("Martve", Kutaisi, Gürcüstan), Firəngiz Teymurova, Muazzez Yagmur Ozkumru (hər ikisi "Konak Bellediyespor", İzmir, Türkiyə), Kristina Bakarandze, Manə Mollayeva, Leyli Qurbanova, İlahə Nuriyeva (hamısı Zaqatala), Diana Məmmədova ("Krasnoyarsk", Rusiya) və Ülkü Özdemiri ("Montabaur", Almaniya) sınaqdan çıxaracaq. Apasport.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31