İdman

"Barselona" Türkiyədən üzr istədi

5 May 2017 11:46

"Barselona" klubu Türkiyə dövlətindən üzr istəyib. Katalonlar "Barca TV"də yayımlanan proqramların birində Türkiyə xəritəsində bəzi şəhərlərin göstərilməməsini texniki xəta ilə əlaqələndiriblər. Bu proqram efirə getdikdən sonra Türkiyənin Barselona konsulluğu öz etirazını bildirmişdi. "Barselona" ona tutulan iradı araşdırmış və bunun haqlı olduğunu müəyyən etmişdi.

""Real"da heç vaxt işləmərəm"

5 May 2017 11:24

"Barselona"nın sabiq futbolçusu Ronald Kuman "Real"da işləmək ehtimalını istisna edib. Hazırda "Everton"u çalışdıran holland mütəxəsis bunları deyib: "Real"da heç vaxt işləmərəm. Bu qeyri-mümkündür. Düzdür, "Real"a klub kimi hörmətim böyükdür. "Barcelona"da oyun tarixçəsi olan bir kəsin "Real"a getməsi istisnadır".

“Tour d’Azerbaidjan-2017”nin 2-ci günündə "Synergy Baku" üçün 3 fəxri kürsü

4 May 2017 19:00

Ümummilli Lider Heydər Əliyevin 94-cü ildönümünə həsr olunmuş “Tour d’Azerbaidjan-2017” beynəlxalq veloturunun 2-ci günü Azərbaycanın "Synergy Baku" kontinental komandası üçün uğurlu nəticə ilə yadda qalıb. Beynəlxalq Velosipedçilər İttifaqının 2.1 kateqoriyalı yarışının 186,5 km-lik Bakı-İsmayıllı mərhələsində Azərbaycanın Elit yığması və "Synergy Baku" kontinental klubunun üzvü Kiril Pozdnyakov hamını qabaqlamaqla qalibiyyət sevinci yaşayıb.

İslam Həmrəyliyi Oyunlarında boks yarışlarının təqvimi dəqiqləşib

4 May 2017 18:43

Bakıda keçiriləcək İslam Həmrəyliyi Oyunları çərçivəsində baş tutacaq boks yarışlarının təqvimi dəqiqləşib. “Bakı Kristal Zal-2”də təşkil olunacaq yarış mayın 12-də başlayacaq.

Tour d’Azerbaidjan-2017" veloyürüşünün iştirakçıları Şamaxıda

4 May 2017 18:36

Bu gün Beynəlxalq Velosipedçilər İttifaqının (UCİ) 2.1 kateqoriyalı, Ümummilli lider Heydər Əliyevin 94-cü ildönümünə həsr olunmuş "Tour d’Azerbaidjan-2017" beynəlxalq veloyürüşünün iştirakçıları Şamaxı rayonu ərazisindən keçmişlər.

FIG: "Bakı idman tədbirlərinin mərkəzi qismində mövqeyini daha da möhkəmləndirir"

4 May 2017 17:05

6-7 may tarixlərində Bakıda Beynəlxalq Gimnastika Federasiyasının (FIG) illik Şura iclası keçiriləcək. Bu barədə FIG-in rəsmi saytında məlumat yerləşdirilib.

Türkiyəli boksçular böyük həvəslə IV İslam Həmrəyliyi Oyunlarına hazırlaşır

4 May 2017 17:02

"Türkiyəli boksçular böyük həvəslə IV İslam Həmrəyliyi Oyunlarına hazırlaşırlar". Bunu Türkiyə Boks Federasiyasının rəhbəri Eyyub Gözgeç deyib. Onun sözlərinə görə, boksçular yarışlara hazırlıq məqsədilə Balıkesir vilayətinin Ayvalık şəhərindəki düşərgədə məşq edirlər: "Çox şadıq ki, IV İslam Həmrəyliyi Oyunları qardaş ölkədə - Azərbaycanda keçirilir. Türkiyə və Azərbaycan idmançılarına yarışlarda uğurlar arzulayırıq".

İslamiadada mübarizə aparacaq Azərbaycan paralimpiya millisinin HEYƏTİ

4 May 2017 16:11

"Bakı-2017" IV İslam Həmrəyliyi Oyunlarında mübarizə aparacaq Azərbaycan paralimpiya millisinin heyəti açıqlanıb. Paralimpiyaçılar "Bakı-2017"də idmanın iki növü üzrə mübarizə aparacaqlar. Atletika yarışlarında millimizin heyətində Elçin Muradov, Nurlan İbrahimov, Elmir Cəbrayılov, Ülvi Şıxəliyev, Kamil Əliyev, Teymur Qasımov, Zeynidin Bilalov, Rasim Babayev, Samir Nəbiyev, Oloxan Musayev, Vladimir Zayets, İslam Qəhrəmanzadə, İradə Əliyeva, Yelena Çebanu, Oleq Panyutin və Zeynal Misgərli çıxış edəcəklər.

"Qoca sinyora"nın "quru" seriyası: rekorda bir addım qalıb

4 May 2017 14:52

Çempionlar Liqasının yarımfinal mərhələsinin ilk oyununda səfərdə "Monako"ya qalib gələn "Yuventus" (0:2) ardıcıl 6 oyunda qapısında qol görməyib. Bu matçlardan 5-i pley-off mərhələsinə təsadüf edib. Belə ki, "qoca sinyora" sonuncu dəfə qrup mərhələsində "Sevilya" ilə oyunun 9-cu dəqiqəsində qola üzülmüşdü. 3:1 hesabı ilə italiyalıların xeyrinə başa çatan həmin görüşdən sonra turinlilərin qapısını "döyən" olmayıb. Bu isə 621 dəqiqəlik "quru" seriya deməkdir. Maraqlıdı ki, bu 6 oyunun sadəcə 1-də qapıda Canluici Buffon olmayıb ki, həmin matçda onu Neto əvəzləyib.

Daniel Alveş Messini geridə qoydu

4 May 2017 14:48

"Yuventus"un müdafiəçisi Daniel Alveş Çempionlar Liqasında "Monako" ilə görüşdə 2 məhsuldar ötürmə verməklə komandasının qələbəsində əsas pay sahiblərindən biri olub.

Qurban Qurbanov: "Düzdü, Tokelo Rantie ilə maraqlanırıq"

4 May 2017 14:35

Heyətdə bir neçə dəyişiklik etmək istəyirik. Bu sözləri "Qarabağ" klubunun baş məşqçisi Qurban Qurbanov deyib. Ağdam təmsilçisi yay transfer dövründən maksimum yararlanmaq niyyətindədi. Çempionlar Liqasının qrup mərhələsinə düşməyi hədəfləyən "Qarabağ" bəzi mövqeləri yeni futbolçularla gücləndirməyə hazırlaşır.

AFFA Premyer Liqanın yeni klublarını müəyyən edəcək

4 May 2017 13:59

Mayın 12-də AFFA-nın inzibati binasında Lisenziya Komissiyasının iclası keçiriləcək. İclas zamanı 2017-2018-ci il lisenziyalaşdırma mövsümündə UEFA və Premyer Liqa yarışlarında iştirak etmək məqsədilə lisenziya üçün müraciət etmiş klubların ərizələrinə baxılacaq və müvafiq qərarlar qəbul olunacaq.

İslamiadanın əsas dəyərləri – birlik, sülh, hörmət, mükəmməllikdir

4 May 2017 12:46

İslam dünyasının müxtəlif bölgələrindən olan idmançıların bir araya gətirilməsi müsəlman ölkələrinin gəncləri arasında dostluq və qarşılıqlı anlayış mühitinin formalaşmasına öz töhfəsini verəcək.

"Qarabağ"da ayrılıq

4 May 2017 12:34

"Qarabağ"ın U-17 komandasının baş məşqçisi Pablo Ximenes klubdan ayrılıb. "Qarabağ"la müqaviləsi başa çatan ispaniyalı məşqçiyə yeni sözləşmə təklif edilməyib. Hələlik Ximenesin yerinə yeni təyinat olmayıb.

Məsut Özildən "Fənərbağça" açıqlaması

4 May 2017 12:27

İngiltərənin "Arsenal" klubunun futbolçusu Məsut Özil "Fənərbağça"ya keçidi ilə bağlı yayılan məlumatlara münasibət bildirib. Türkiyə əsilli idmançı hər hansı digər kluba transferi barədə düşünmədiyini bildirib: "Ailəm, dostlarım "Fənərbağça"da oynamağımı istəyirlər. Lakin hazırda "Arsenal"la müqaviləm davam edir. Türkiyə və ya digər ölkənin klubuna transfer olunmağı düşünmürəm. Gələcəkdə nə baş verəcəyini isə indidən bilmək olmaz".