İdman

Bakı-2017: Fələstin - Oman matçında bərabərlik

8 May 2017 18:44

Bakıda IV İslam Həmrəyliyi Oyunları çərçivəsində futbol yarışları davam edir.  B qrupunda Fələstin və Oman yığmaları qarşılaşıblar. "AZAL Arena"da keçirilən oyunda qalib müəyyənləşməyib - 2:2.

Madrid derbisinin hakimi açıqlandı - Cüneyt Çakır

8 May 2017 18:40

Çempionlar Liqasının yarımfinalında keçiriləcək "Atletiko" - "Real" cavab oyunu üçün hakim təyinatları açıqlanıb. Matçın baş hakimi Türkiyə Futbol Federasiyasından Cüneyt Çakır olacaq.  Ona Bahattin Duralla Tarik Ongun yardım edəcək.

Kim gəlir, kim gedir?

8 May 2017 14:43

Azərbaycanda 2016-17 mövsümü başa çatar-çatmaz Premyer Liqa klubları transfer çalışmalarına start veriblər. Milli.Az apasport.az-a istinadən xəbər verir ki, gələn mövsüm elitada iştirakı dəqiq olan 7 komanda hələ ki, daxili "bazar"la kifayətlənir.

Çempionlar Liqasının daha bir iştirakçısı müəyyənləşdi

8 May 2017 12:20

Çempionlar Liqasının II təsnifat mərhələsinin daha bir iştirakçısı müəyyənləşib. Qitənin ən nüfuzlu klub turnirində Sloveniyanı "Maribor" təmsil edəcək. Mariborlular buna ölkə çempionu titulunu qazanmaqla nail olub. Darko Milaniçin yetirmələri 32-ci turda "Qoritsa" ilə məhsuldar heç-heçə (2:2) sayəsində qızıl medalları təmin edib.

"Çelsi"nin ev sınağı

8 May 2017 11:34

İngiltərə Premyer Liqasında XXXVI tura start verilib. Turun ilk oyununda çempionluq uğrunda mübarizəni davam etdirən "Tottenhem" "Vest Hem"in qonağı olub. Görüş meydan sahiblərinin minimalhesablı qələbəsi ilə başa çatıb.

"Antuan 100 milyon funtdursa, onda Ronaldu 200 milyon olmalıdır"

5 May 2017 18:57

İngiltərə millisinin sabiq hücumçusu Stiv Makmanaman Çempionlar Liqasının yarımfinalında baş tutmuş "Real" - "Atletico" qarşılaşması barədə danışıb.

FİFA-dan Messiyə ŞAD XƏBƏR

5 May 2017 18:53

FIFA-nın Messiyə verdiyi 4 oyunluq cəza ləğv olunub. Ulduz futbolçu Argentina millisinin növbəti görüşlərində iştirak edə biləcək

"Qarabağ" Naxçıvandan KUBOKLA GƏLİR

5 May 2017 18:50

Futbol üzrə Azərbaycan Kubokunda final matçı keçirilib. Naxçıvanda baş tutan oyunda "Qarabağ" və "Qəbələ" klubları üz-üzə gəlib. Görüş Ağdam təmsilçisinin komandasının 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Hər iki qol ikinci hissədə vurulub. 51-ci dəqiqədə Mahir Mədətov künc zərbəsindən ötürülən topu qapıya göndərib.

"Borussiya" futbolçunu transfer etməyə çalışır

5 May 2017 18:40

"Borussiya Dortmund" heyətinə daha bir gənc futbolçu qatmaq istəyir. Bundesliqa təmsilçisi PSG-nin 17 yaşlı müdafiəçi Dan-Aksel Zaqadu ilə maraqlanır. Zaqadu hazırda Paris klubunun əvəzedici komandasında çıxış edir.

"Hakimin son fiti bizi rahatlaşdırdı"

5 May 2017 18:39

"Ardıcıl 3-cü ildi "qızıl dubl" edirik. Futbolçular buna layiq idilər". Bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov deyib. Azərbaycan kubokunun final matçında "Qəbələ" üzərində 2:0 hesablı qələbə qazanan Ağdam təmsilçisi ardıcıl 3-cü dəfə mövsümü "qızıl dubl"la başa vurub.  

"Sumqayıt"da yeni müqavilə

5 May 2017 16:54

"Sumqayıt" klubu daha bir futbolçu ilə müqavilənin müddətini artırıb. Qapıçı Fərhad Vəliyev daha 1 il komandasının şərəfini qoruyacaq. 37 yaşlı son çempionatda 28 turun hamısında əvəzlənmədən meydanda olub (2520 dəqiqə). Bununla da ötən mövsümün ən yaşlı futbolçusu rekordçu olub.

Federasiya prezidenti: "Bu, Azərbaycanın nüfuzundan xəbər verir"

5 May 2017 15:27

2017 İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi etməyimiz Azərbaycanın artan nüfuzundan xəbər verir. Üstəlik, Azərbaycanın daha etibarlı və təhlükəsiz bir ölkəyə çevrildiyini sübut edir.

Rüfət Hüseynov: “Çalışacağam ki, bir nömrə kimi mövqeyimi qoruyum”

5 May 2017 14:28

Azərbaycan millisinin boksçusu Rüfət Hüseynov Bakıda keçiriləcək IV İslam Həmrəyliyi Oyunları ilə bağlı fikirlərini açıqlayıb. 49 çəki dərəcəsində rinqə çıxacaq 20 yaşlı idmançı mayın 12-22-də baş tutacaq yarışa hazırlığını dəyərləndirib: “Toplanışın son mərhələsini keçirik. Qəbələdə fiziki məşqlərdən sonra hazırlığı Bakıda davam etdiririk. Son çalışmalar taktiki və texniki hazırlıq üzərində qurulub. Artıq özümün ideal formama yaxınlaşıram. Bir qədər fiziki çatışmazlığım vardı ki, onu da aradan qaldırmışam. Bu, Qəbələdəki məşqlərdən sonra mümkün oldu”.

"Qəbələ"nin zədəlisi qayıtdı

5 May 2017 13:18

"Qəbələ"nin müdafiəçisi Vitali Vernidub zədəsini sağaldıb. Bu barədə ukraynalı futbolçu özü məlumat verib. 30 yaşlı oyunçu hazırda "Qəbələ" ilə birlikdə Naxçıvanda olsa da, "Qarabağ"la keçiriləcək Azərbaycan kubokunun final matçında iştirak edə bilməyəcək.

Tələbə lideri güllələndi

5 May 2017 11:51

Venesueladakı Milli Tələbə Mərkəzi Federasiyasının (Federacion de Centro de Estudiantes) Ansoateqi ştatındakı Politexnik Universitetindəki (Universidad Politecnica Territorial Jose Antonio Anzoategui, UPTJAA) təşkilatının rəhbəri Xuan Lopes güllələnərək qətlə yetirilib.