Futbol federasiyasının prezidenti həbs edildi
Çexiya Futbol Federasiyasının prezidenti Miroslav Pelta polis tərəfindən saxlanılıb. Pelta Çempionlar Liqasının yarımfinalında keçiriləcək "Monako" - "Yuventus" oyununu izləmək üçün hava limanından yola düşərkən təhlükəsizlik orqanları tərəfindən tutulub.
3 May 2017 16:38 İdmanÇexiya Futbol Federasiyasının prezidenti Miroslav Pelta polis tərəfindən saxlanılıb. Pelta Çempionlar Liqasının yarımfinalında keçiriləcək "Monako" - "Yuventus" oyununu izləmək üçün hava limanından yola düşərkən təhlükəsizlik orqanları tərəfindən tutulub.
Polis, həmçinin federasiyanın inzibati binasında da axtarış aparıb. Qurumun 3 işçisi və 1 hüquqi şəxsinə qarşı da ittiham irəli sürülüb. Pelta ilə yanaşı Çexiya İdman Şurası və idman departamentinin rəisi də həbs olunub. Goal.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31