İdman
"Beşiktaş" onun transfer hüququna yiyələndi
Türkiyə çempionu "Beşiktaş" İngiltərənin "Sunderland" klubundan icarəyə götürdüyü Cermeyn Lensin transfer hüququnu da alıb. Bu barədə İstanbul klubunun mətbuat xidməti məlumat yayıb. Məlumatda bildirilir ki, hollandiyalı futbolçunun transfer hüququnu almaq üçün qarşı tərəfə əlavə 4 milyon avro ödənilib.
Mauro İkardi dünya çempionatına aparılmayacaq
DÇ-2018-də Argentina yığmasının heyətinə daxil edilməyən "İnter"in kapitanı Mauro İkardi üçün yeni iddia ortaya atıldı. "İnter"dəki performansı ilə "Real", "Mançester Yunayted" kimi klubların diqqətini çəkən forvard Rusiyadakı mundialda özünü özünü yaxşı tərəfdən göstərərək daha sərfəli təkliflərə hazırlaşırdı.
"Barselona"nın transfer bombası açıqlandı - 249 milyona gəlir
Antoine Qrizmann yayda "Atletiko"ya keçəcək. Bu barədə İspaniyanın "Radio Cat" radiosu məlumat yayıb. Bildirilir ki, "Barselona" futbolçu ilə müqavilənin bütün detallarını razılaşdırılıb.
"Roma" rəhbərliyi Di Françesko ilə şərt kəsdi
"Roma"nın baş məşqçisi Eusebio Di Françesko mövsümün sonunda istefaya göndərilə bilər. "Canavarlar"ın rəhbərliyinin komanda mövsümün sonunda Çempionlar Liqasına vəsiqə qazana bilməyəcəyi təqdirdə, italyan mütəxəssisi istefaya göndərəcəyi qeyd edilib. 48 yaşlı mütəxəssis ötən ildən "Roma"nı çalışdırır.
Cenk Tosunun İngiltərə macərası bitir? - Mövsümün sonunda...
Qış fasiləsində "Beşiktaş"dan "Everton"a transfer olunan Cenk Tosunun İngiltərə karyerası qısa çəkə bilər. Premyer Liqada heç cür özünü tapa bilməyən türkiyəli hücumçunun mövsümün sonunda ya transfer olunduğu "Beşiktaş"a, ya da başqa komandaya icarəyə verilməsi gündəmdədi. Bu barədə məlumatı İngiltərə mətbuatı yayıb. Xəbərdə Liverpul təmsilçisinin baş məşqçisi Sem Ellerdaysın 26 yaşlı forvardın oyunundan narazı qaldığı, mövsümün sonunda onun başqa komandaya icarəyə verilməsini rəhbərlikdən tələb edəcəyi qeyd edilib.
Neymarın hər il eyni vaxtda meydanlardan uzaq qalmasının QƏRİBƏ SƏBƏBİ
PSJ-nin ən bahalı braziliyalı futbolçusu Neymarın son 4 mövsümdə eyni vaxtda zədələnməsi diqqət çəkib. Futbolçu son 4 ildə bacısı Rafaella Santosun doğum gününə yaxın zədələmib və heç bir matçda oynamayıb.
Danışılmış oyunlarda şübhəli bilinən 58 nəfər həbs olundu
Yunanıstanda danışılmış oyunlarda şübhəli bilinən 58 nəfəri Apellyasiya Məhkəməsi günahlandırıb. Onlar 2008-2011-ci illərdə oyun alqı-satqısında iştirak ediblər. Məsələ bir neçə ay idi ki, araşdırılırdı. Adı hallanan 84 nəfərdən 58-nin günahı sübuta yetirilib. Prokurorluq həmin dönəmdə araşdırılan 25 oyundan 7-nin danışılmış olduğunu fakt kimi əsaslandırıb
"Messi adi insan olduğunu sübut etməsə, cəzalandırılmalıdır"
Azərbaycana altı medal qazandıran idmançı vətəndaşlığını dəyişdi
İngiltərə Futbol Assosasiyası Traorenin cəzasını ləğv edib
İngiltərə Futbol Assosasiyası (FA) "Midelsbro"nun yarımmüdafiəçisi Adama Traoreinin cəzasının ləğv edib. 22 yaşlı havbvek Championship`in 34-cü turunda "Sanderlend"ə qarşı matçda (3:3) rəqib futbolçu Ovyedonun üzünə zərbə vurmuşdu. Bu səbəbdən qırmızı vərəqə alan Traore federasiya tərəfindən də 4 oyunluq diskvalifikasiya ilə cəzalandırılmışdı.
"Eriksen sözünü meydanda deyir"
"Tottenhem"in yarımmüdafiəçisi Kristian Eriksen Avropanın böyük klublarının maraq dairəsindədir. Bu məsələyə münasibət bildirən danimarkalı havbekin agenti Martin Şuts bunları deyib: "Söz-söhbətlərə xüsusi şərh vermirəm.
Mustafa Dənizli həbs oluna bilər
Tanınmış türkiyəli məşqçi Mustafa Dənizli həbs oluna bilər. Məlumata görə, buna səbəb həyat yoldaşı Evin Elçinin onun barəsində şikayət etməsidi. Maraqlıdı ki, ilk olaraq Dənizli özü məhkəməyə müraciət edib.
Dünya daha bir əfsanəsini itirdi
İspaniya futbol tarixinin ən yaxşı forvardlarından biri olan, “Quini” ləqəbi ilə tanınan Enrike Kastro 68 yaşında vəfat edib. Məşhur futbolçu keçirdiyi infarkt nəticəsində həyata vida edib. Quininin bir zaman fromasını geyindiyi “Barselona” klubu məşhur futbolçusu üçün “Kamp Nou” mirasını əsla unutmayacaq” mesajı yayımlayıb. Quini “Sportinq Qiyon” forması ilə çıxdığı 443 matçda 231, “Barselona” forması ilə çıxdığı 100 matçda 54 qol vurub.
Tərtərdə Yeni Olimpiya İdman Kompleksi tikiləcək
Tərtər rayonunda yeni Olimpiya İdman Kompleksinin (OİK) təməlqoyma mərasimi keçirilib. Gənclər və İdman Nazirliyinin mətbuat katibliyindən “OLAYLAR”-a bildirilib ki, tədbirdə nazir Azad Rəhimov, rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov, Milli Məclisin deputatı Sahib Alıyev və digər rəsmilər iştirak ediblər.Tədbirdə çıxış edən Azad Rəhimov deyib ki, hazırda ölkədə 43 OİK fəaliyyət göstərir. Nazir bu il ölkəmizdə daha iki- Lənkəran və Beyləqan OİK-in də istifadəyə veriləcəyini diqqətə çatdırıb.













.jpg)
