İdman
İspaniya mətbuatı: “Qarabağ” üçün həyat daha çətin olacaq”
Avrokubokda format dəyişikliyi ikinci dərəcəli futbol ölkələrinin klubları üçün vəziyyəti kritikləşdirib. Bunu İspaniya mətbuatı gələn mövsümün dəyərləndirməsi zamanı yazıb. Bildirilir ki, həm Çempionlar Liqasında (ÇL), həm də Avropa Liqasında (AL) baş verən dəyişiklik “böyük beşlik” ölkələrindəki komandaların ürəyincə olub.
Çempionlar Liqasında yeni mövsümün KEÇİRİLMƏ QAYDASI
MY-dən həftəsinə 400 min avro tələb edir
İngiltərənin "Mançester Yunayted" klubunun qapıçısı David De Xeanın rəhbərlikdən maaşının artırılmasını tələb etdiyi barədə xəbərlər yayılıb.
Baqali Dabo "100-lüy"ün bir addımlığında
Avropa ölkələrinin milli çempionatlarının yüksək liqalarında ən çox qol vuranların siyahısı açıqlanıb. Siyahıda 250 futbolçu yer alıb. Üçhakimiyyətliliyin hökm sürdüyü cədvəlin zirvəsində braziliyalı Conasla ("Benfika"), estoniyalılar Rauno Sappinen ("Flora") və Albert Prosa ("Tallinn") qərarlaşıb.
Ronaldu heyətə salınmadı
"Real"ın baş məşqçisi Zinəddin Zidan yenə Kriştianu Ronalduya istirahət vermək qərarına gəlib. Fransız mütəxəssis 33 yaşlı hücumçunun adını La Liqanın 26-cı turunda səfərdə "Espanyol"la keçiriləcək oyunun heyətinə daxil etməyib. Ronaldudan başqa Modriç, Kroos və Marselo da bu qarşılaşmanın heyətinə daxil edilməyib.
Güləşçilərimiz qüvvələrini Mazandaranda sınayacaq
1-2 mart 2018-ci il tarixdə İran İslam Respublikasının Mazandaran vilayətinin Behşəhr şəhərində Şəhid Həşim Nejad Kuboku uğrunda beynəlxalq turnir keçiriləcək. AGF-dən “OLAYLAR”-a bildirilib ki, sərbəst güləş üzrə gənclərdən ibarət yığma komandanın üzvləri turnirdə iştirak edəcək.
Useyn Bolt “Borussiya”da oynayacaq
Əfsanəvi atlet Useyn Bolt peşəkar futbolçu olmağa hazırlaşır. Məlumata görə, yamaykalı idmançı "Twitter" hesabında “Bfutbol klubu ilə müqavilə imzaladım”,- deyə yazıb. Bolt yeni klubunun adını sabah açıqlayacağını bildirsə də, Almaniya mətbuatı 32 yaşlı sabiq atletin Dortmund “Borussiya”sı ilə anlaşdığını iddia edir. Bir müddətdir komanda ilə məşqlərə qatılan Boltun mart ayından etibarən “Borussiya”nın heyətində meydana çıxması gözlənilir.
Axundov və “Sumqayıt” - Penalti rekordları
Azərbaycan Premyer Liqasının XVII turu "Keşlə" - "Sumqayıt" oyununda erkən penaltinin təyin olunması ilə diqqət çəkib. 2:1 hesabı ilə qalib gələn qonaqlar artıq 2-ci dəqiqədə 11 metrlik zərbə yerinə yetirib. Tural Axundovun penaltidən dəqiq istifadə edib. Bunadək mövsümün ən erkən penaltisi Adrian Popoviçinin hesabındaydı. "Səbail"in futbolçusu "Kəpəz"lə matçın 5-ci dəqiqəsində 11 metrlik nöqtədən dəqiq olmuşdu.
Qar "Yuventus"a mane oldu
İtaliya A Seriyasının 26-cı turunun bir oyunu təxirə salınıb. "Yuventus" - "Atalanta" matçı əlverişsiz hava şəraiti səbəbindən təxirə salınıb. Turinə yağan güclü qar matçın başqa vaxta salınmasına səbəb olub. Qarşılaşmanın keçiriləcəyi vaxt açıqlanmayıb.
“Səbail”də ilk, "Qəbələ"də 4-cü dəfə
Topaz Premyer Liqasının XVII turunda iki avtoqol qeydə alınıb. Turun ilk günündə mövsümün 6-cı avtoqolu vurulub. Bu, "Səbail" - "Qəbələ" matçına (2:1) təsadüf edib. Qonaqların ukraynalı müdafiəçisi Vitali Vernidub öz qapısına qol vurmaqla hesabı açıb. Hər iki komanda cari mövsümdə ilk dəfə avtoqola şahid olub. Bu isə o deməkdir ki, Premyer Liqanın debütantı "Səbail" tarixində ilk dəfə rəqib qoluna sevinib. "Qəbələ" isə çempionatın yüksək liqasında 4-cü dəfə öz qapısına qol vurub. Vernidubadək Murad Hüseynov 2011/12, Amit Quluzadə 2013/14, Ruslan Tağızadə 2014/15 mövsümündə uğursuzluq yaşamışdı.
UEFA AFFA-ya 14,1 milyon avro ayıracaq
"Liverpul"un əsas transfer hədəfi
"Liverpul" mövsümün sonunda yarımmüdafiə xəttini daha da gücləndirməyə çalışacaq. "Qırmızılar"ın əsas transfer hədəfi "Napoli"nin oyunçusu Jorjinyo olacaq. İtaliya millisinin Braziliya əsilli futbolçusunun klubu ilə cari müqaviləsi 2020-ci il 30 iyunda başa çatır.
AFFA nümayəndəsi UEFA-nın rəsmi konqresində ölkəmizi təmsil edir
Bu gün Slovakiyanın paytaxtı Bratislava şəhərində UEFA-nın 42-ci Konqresi start götürüb. Tədbirdə milli assosiasiyanı baş katibin müavini Sərxan Hacıyev təmsil edir.
"Qarabağ"ın qapıçısı "500"ü arxada qoydu
"Qarabağ”ın qapıçısı İbrahim Şehiç Premyer Liqadakı "quru oyun"lar seriyasını 6-ya çatdırıb. XVII turun “Kəpəz”lə ev matçında (1:0) da qapısını toxunulmaz saxlayan bosniyalı sonuncu dəfə IX turda qol buraxıb. O, 2017-ci il oktyabrın 22-də keçirilən “Qəbələ” ilə qarşılaşmanın (0:1) 8-ci dəqiqəsində Asif Məmmədovun fərqlənməsinə mane ola bilməyib. Həmin qoldan sonra Şehiç meydanda olduğu matçlarda uğurlu seriyaya imza atıb.
Boksçularımız 4 qızıl, 2 gümüş medalla qayıdır
Gənc boksçulardan ibarət Azərbaycan yığması Belarusun Qomel şəhərində təlim-məşq toplanışı çərçivəsində beynəlxalq turnirdə qüvvəsini sınayıb. Azərbaycan Boks Federasiyasından bildirilib ki, baş məşqçi Vaqif Şirinov Aleksey Yukovun mükafatları uğrunda keçirilən yarışda 15 idmançıya şans verib.














