İdman

Firdovsi Umudov: “Xocalı soyqırımı ərəfəsində ermənilərə uduzmağa haqqımız yox idi”

26 Fevral 2018 08:56

"İlin əvvəlindən əsas məqsədimiz hazırlıqları maksimum keyfiyyətlə başa vurub, qarşıdan gələn yarışlarda uğurla çıxış etməkdir. Bu turnirdə iştirak da hazırlığımızın tərkib hissəsidir. Turnirə qədər isə Qazaxıstan və Türkmənistan yığmaları ilə birgə iki təlim-məşq toplanışı keçmişik. Komandalarımız Avropa çempionatına qədər də daha bir neçə təlim-məşq toplanışına qatılacaq".

Türkiyənin gözlədiyi oyun başa çatdı

25 Fevral 2018 23:04

Türkiyə Super Liqasında “Beşiktaş” klubu doğma meydanda “Fənərbaxça”nı qəbul edib. Gərgin keçən oyun 3-1 “Beşiktaş”ın qələbəsi ilə başa çatıb. “Qara qartallar”ın qollarını Vida və Rikardo Quareşma (2) vurub.

Azərbaycan cüdoçusu erməniyə qalib gəldi - Qızıl xalla

24 Fevral 2018 21:25

Azərbaycan cüdoçusu Rüstəm Orucov Almaniyanın Düsseldorf şəhərində keçirilən "Böyük Dəbilqə” turnirində 1/4 finala vəsiqə qazanıb. 73 kq çəki dərəcəsində mübarizə aparan 27 yaşlı idmançı 1/16 finalda avstraliyalı Ceyk Benstedi, 1/8 finalda isə tacikistanlı Bəhruz Xocazodanı məğlub edib.

"Rusiyalı ultras azarkeşləri Bilbaoya buraxmaq lazım deyildi"

23 Fevral 2018 19:50

İspaniya La Liqasının prezidenti Xavyer Tebas Avropa Liqasının 1/16 final mərhələsində "Atletik" və "Spartak" arasında cavab oyunundan öncə baş verənlərə münasibət bildirib. Azarkeşlər arasında Bilbao şəhərində ortaya çıxan qarşıdurma nəticəsində 1 polis əməkdaşı dünyasını dəyişmişdi.

"Atalanta" prezidenti Batşuayidən üzr istəyib

23 Fevral 2018 17:59

"Borussiya Dortmund" Avropa Liqasının 1/16 final mərhələsində "Atalanta" ilə səfərdə 1:1 hesablı heç-heçəyə nail olub. Dortmundda qazanılan qələbə sayəsində (3:2) "Borussiya" 1/8 finala vəsiqə qazanıb.

Avropa Liqasının püşkü atıldı – Maraqlı matçlar

23 Fevral 2018 17:39

İsveçrənin Nyon şəhərində Avropa Liqasının 1/8 final mərhələsinin püşkü atılıb.  “Qarabağ” klubunun Çempionlar Liqasındakı keçmiş rəqibi “Atletiko Madrid” Rusiyanın “Lokomotiv Moskva” komandası ilə düşüb. Püşkatmadan sonra ən çox maraqla gözlənilən oyun isə “Milan” (İtaliya) – “Arsenal” (İngiltərə) qarşılaşmasıdır. Futbol mütəxəssisləri bu oyunun maraqlı keçəcəyini bildiriblər.

“Real”ın ən bahalı futbolçusuna ELÇİ ÇIXDI

23 Fevral 2018 17:18

Qaret Beyl mövsümün sonunda “Real Madrid”dən ayrılacaq. Klub Beyli satmaq niyyətindədir. 2013-cü ildə “Tottenhem”dən 101 milyon avroya transfer edilərək dövrünün ən bahalı futbolçusu olan Beyl son zamanlarda aldığı zədələr səbəbilə formasını itirib. Bununla o, da baş məşqçi Zinəddin Zidanın gözündən düşüb.

UEFA-dan “Qalatasaray”a BƏD XƏBƏR - YOXLAMALAR BAŞA ÇATDI

23 Fevral 2018 14:49

UEFA-nın “Qalatasaray”ı daha bir il Avropadan uzaqlaşdırmaq qərarını verməyə hazırlaşdığı bildirilir. UEFA-nın klubla bağlı yoxlamaları başa çatıb. Nəticədə “Qalatasaray”ın bir neçə ilə qabaq söz verdiyi öhdəlikləri yerinə yetirmədiyi üzə çıxıb.

Olimpiadadakı təmsilçimiz danışdı: "Bir də gördüm ki..."

23 Fevral 2018 14:19

Pxençxanda keçirilən XXIII Qış Olimpiya Oyunlarının slalom yarışının uğursuzları mübarizəni dayandırdıqdan sonra çıxışlarını dəyərləndiriblər. Cəmi 25 saniyə mübarizə apararaq, yarışla vidalaşan Azərbaycan millisinin xizəkçisi Patrik Braxner də hansı səbəbdən finişə çata bilməməsini açıqlayıb.

“Beşiktaş”ın kabusu - Ənənə davam edəcəkmi?

22 Fevral 2018 19:00

Türkiyə Superliqasının 23-cü həftəsində qarşılaşacaq “Beşiktaş”-“Fənərbaxça” derbisi baş hakim Cüneyt Çakıra tapşırılıb. Çempionlar Liqasının 1/8 final mərhələsində “Çelsi”-“Barselona” matçını idarə edən hakim “qara qartallar” üçün sanki, bir kabusa çevrilib.

De Xea rekorda şərik oldu

22 Fevral 2018 18:55

Çempionlar Liqasının 1/8 final mərhələsinin "Sevilya" ilə səfər oyunu (0:0) "Mançester Yunayted"in qapıçısı David De Xea üçün əlamətdar olub. Sözügedən görüşdə 8 qurtarış edən ispan qolkiper "qırmızı şeytanlar"ın sabiq qapıçısı Edvin van der Saarın rekordunu təkrarlayıb. Bununla da o, ÇL-də bir görüşdə ən çox seyv edən qapıçısı adına şərik olub.

Sadıqovdan sensasiyalı açıqlama:  Dino deyibmiş ki...

22 Fevral 2018 17:13

“Qarabağ”ın kapitanı Rəşad Sadıqov Ağdam klubunun qış transfer pəncərəsi zamanı Dino Ndlovunu Çinin “Xançjou Qrintaun” komandasına satmasınının səbəbləri ilə əlaqədar sensasiyalı faktlar açıqlayıb.

PSJ-nin rekord transfer PLANI

22 Fevral 2018 16:54

PSJ daha bir rekord transferə imza atmağa hazırlaşır. Bu barədə İtaliya mətbuatı məlumat yayıb. Xəbərə görə, Paris klubu "Milan"ın qapıçısı Canluici Donnarummanı heyətə cəlb etmək istəyir. Bütün işlər yolunda getsə, 18 yaşlı Donnarumma yayda PSJ-yə keçəcək.

Qış olimpiadasında növbəti uğursuzluq - Yeganə idmançımız finişə çata bilmədi

22 Fevral 2018 12:30

Azərbaycan yığması Qış Olimpiya Oyunlarında növbəti uğursuzluğa düçar olub. Məlumata görə, Pxenxçanda təşkil edilən XXIII "Ağ Olimpiada”da yeganə təmsilçimiz Patrik Braxner dağ xizəkçiliyinin slalom yarışında finişə çata bilməyib. Əslində, bu nəticə bizim üçün adi haldı. Çünki ölkəmiz Yay Olimpiya Oyunlarından fərqli, Qış Olimpiya Oyunlarına yarışın yaradıcısı Pyer de Kubertinin Olimpiya şüarını əsas götürərək gedir.