"Messi adi insan olduğunu sübut etməsə, cəzalandırılmalıdır"
28 Fevral 2018 22:22 İdmanİran millisinin baş məşqçisi Karluş Keyruş Lionel Messi haqda maraqlı açıqlama verib.
Qol.az-ın məlumatına görə, FİFA-nın rəsmi saytına danışan portuqaliyalı mütəxəssis argentinalı hücumçunun adi insan olmadığını bildirib:
"Messi bu dünyanın adamı deyil. Nə qədər ki, o, adi insan olduğunu sübut etməyib, FİFA onu cəzalandırmalıdır. Messi qeyri-adi insan olmasaydı, DÇ-2014-də qəribə məqamda qapımıza qol vura bilməzdi".
Qeyd edək ki, DÇ-2014-də keçirilən Argentina - İran oyununun son saniyələrində Messinin vurduğu qol komandasına qələbə qazandırıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31