İdman
“Barselona”nın qapıçısı “Bavariya”ya keçir?
"Barselona"nın qapıçısı Yasper Sillessen "Bavariya"nın maraq dairəsinə düşüb. Almaniya nəhəngi qapıçının oyununu izləyib. "Bavariya"nın skautları 28 yaşlı Yasperin İspaniya kubokundakı oyununu yüksək qiymətləndiriblər.
"Qarabağ” Kiyev “Dinamo”su səviyyəsindədi" - Ukraynalı mütəxəssis
Təlim-məşq toplanışında planlaşdırdığımız işlərin, demək olar ki, hamısını gördük. Bunu "Mariupol"un baş məşqçisi Aleksandr Babiç deyib. Antalyada təlim-məşq toplanışı keçən Ukrayna təmsilçisinin yoxlama görüşündə üz-üzə gəldiyi komandalardan biri də "Qarabağ" olub.
Həftəsonu mütləq izlənməli olan 4 QARŞILAŞMA
Topaz Premyer Liqasında XVI turun oyun cədvəli açıqlanıb. Həftəsonu keçiriləcək qarşılaşmaların başlama vaxtı və yeri müəyyənləşib. Turun ilk qarşılaşması 17 fevral - şənbə günü “Qəbələ” və “Zirə” arasında baş tutacaq. Görüş Qəbələ şəhər stadionunda, saat 15:00-da başlayacaq.
Bütün əngəllərə rəğmən Rusiya ABŞ-ı GERİDƏ QOYDU
2018-ci il Pxençan Qış Olimpiya Oyunlarına müstəqil şəkildə qatılmağa məcbur olan rusiyalı idmançılar yarışların 3-cü günündə də medal əldə edib. Fiqurlu kankisürmə kateqoriyasında komanda 66 xalla gümüş medala sahib olub.
Millimiz dünya reytinqində ilk ONLUQDA
Federasiya prezidenti istefa verdi
Azərbaycan Alpaqut Federasiyasının Prezidenti Aqil Acalov vəzifəsindən istefa verib. “OLAYLAR” xəbər verir ki, bu barədə məlumatı Aqil Acalov özünün facebook profilində yayıb. Lakin sabiq federasiya rəhbəri istefasının səbəblərini açıqlamayıb. "Mənə əziz və doğma olan Alpaqut kollektivi ilə işləmək mənə olduqca xoş idi. İndiyə qədər yanımda olub mənə dəstək olduğunuz üçün hər birinizə minnətdaram. Yaxın zamanda mətbuata açıqlama verəcəm".
Qış Olimpiya Oyunlarında önəmli DƏYİŞİKLİK - Təmsilçimiz bu tarixdə yarışacaq
2018-Qış Olimpiya Oyunlarına ev sahibliyi edən Pxençanda tarixi yarışın 2 günü geridə qalıb. Ölkəmizin bir idmançı ilə təmsil olunduğu yarışda artıq 6 medal öz sahiblərini tapıb. Dağ xizəyi yarışında qızıl medalı kişilərdən 87,16 xalla amerikalı olimpiyaçı Redmond Gerard qazanıb. 17 yaşlı Redmond dağ xizəyi kateqoriyasında ən gənc kişi idmançıdır.
“Neftçi” qələbə qolunu son dəqiqələrdə vurdu
Bu gün Azərbaycan çempionatının 15-ci turunda “Neftçi” və “Kəpəz” klubları üz-üzə gəliblər. Görüş “Neftçi”nin 1-0 hesablı qələbəsi ilə yekunlaşıb. Oyunda yeganə qolu 86-cı dəqiqədə Mirabdulla Abbasov vurub. Günün digər matçı isə “Keşlə” və “Səbail” arasında keçirilib. Matç 1:1 başa çatıb.
MMA döyüşçüsü Ronalduya papaq hədiyyə edib
Rusiyalı MMA döyüşçüsü Həbib Nurmaqomedov "Real Madrid"in futbolçusu Kriştianu Ronalduya xəz dərindən hazırlanmış papaq hədiyyə edib, portuqaliyalı hücumçu əvəzində ona top və futbolkasını verib.
Aquero, Sterlinq və Vardi üçün əlamətdar oyun
İngiltərə Premyer Liqasının 27-ci turunda "Leicester City"ni qəbul edən "Manchester City" rəqibini 5:1 hesabıyla darmadağın edib. Oyunda meydan sahiblərinin forvardı Serxio Aquero 4 qol vurub. O, bu mövsüm bütün turnirlər daxil olmaqla 25-ci qola imza atıb.
“Başakşəhər” “Fənərbağça”ya qarşı
Neymar sosial şəbəkələrdən nə qədər pul qazanır?
"Blinkfire" kompaniyası PSJ-nin və Braziliya millisinin üzvü Neymarın sosial şəbəkədəki qazancı barədə araşdırma aparıb. Braziliyalı forvard sosial şəbəkələrdəki bir reklam paylaşımından 459 min avro qazanır. Bu məbləğ isə dünya çempionatının finalındakı reklam rolikləri ilə eyni dəyərləndirilir.
Şehiçi qovdu, Qəbələdə sensasiya izlədi
Azərbaycan Premyer Liqasında mövsümün ikinci yarısının ilk turuna sabah start veriləcək. Həftənin "Qarabağ"la "Qəbələ" arasında mərkəzi oyununu İnqilab Məmmədov idarə edəcək. Bu, referinin cari çempionatda 7-ci matçı olacaq. Məmmədov mövsümün ilk yarısındakı 14 turda 6 görüş idarə edib. O, həm I, həm də II dövrədə 3 qarşılaşma fit çalıb.
“Neymarın “Qızıl top”u qazanması…”
Fransa yığmasının sabiq hücumçusu Jan-Pyer Papen PSJ-nin futbolçusu Neymar haqda danışıb. O, braziliyalı forvardın "Qızıl top" mükafatını qazanmaq şansını dəyərləndirib. Papenin fikrincə, bu, "Barselona"nın lideri Lionel Messi və "Real"ın aparıcı üzvü Kriştianu Ronaldonun oyunundan asılı olacaq: "Neymarda "Qızıl top"u qazanmaq üçün lazım olan keyfiyyətlər var. Bu, danılmazdı.
Qış Olimpia Oyunları başladı
Cənubi Koreyanın Pxençxan şəhərində Qış Olimpia Oyunları-2018 yarışlarının açılış mərasimi olub. Mərasim 2 saat davam edib. Olimpiada 9-25 fevral tarixləri arasında keçiriləcək. İdmançılar ənənəvi qış oyunlarında medallar uğrunda mübarizə aparacaqlar.














