İdman
FIFA Dünya Çempionatının Kuboku Azərbaycana gətirildi
"Coca-Cola” tərəfindən təşkil edilən FIFA Dünya Çempionatının Kubokunun dünya turu çərçivəsində Kubok bu gün ilk dəfə olaraq Azərbaycana gətirilib. “OLAYLAR” xəbər verir ki, futbol dünyasının ən ali mükafatı olan qızıl Kubokun Azərbaycana səfəri “Coca-Cola” şirkətinin bu ölkədə uzunmüddətli tərəfdaşı olan AFFA ilə birgə əməkdaşlıqda təşkil olunub.
Məşhur idmançı vəfat etdi
Birlik Oyunlarının qızıl medalçısı Yarrod Bannister 33 yaşında qəfildən dünyasını dəyişib. Məlumatı təsdiqləyən Avstraliya Atletika Federasiyası idmançının ölümündə şübhəli məqamların olmadığını bildirib.
Tennisçilərimiz Avropa təsnifat turnirində iştirak edəcəklər
4 idmançıya dopinqdən istifadəyə görə sanksiya tətbiq edilib
Azərbaycanın 4 idmançısına dopinqdən istifadəyə görə sanksiya tətbiq edilib. Məlumata görə, bu barədə Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) rəsmi saytında bildirilir. Güləşçi Ruhin Mikayılov 18 aylıq, bodibildinqçilər Adil Rzayev, Fövqi Əfəndiyev və Kənan Cəlilov isə 48 aylıq diskvalifikasiyaya məruz qalıblar.
Rekordları alt-üst edəcək transfer iddiası — Messiyə 1,4 milyard avroluq təklif
Bakıdakı Dünya Kubokunda Azərbaycanı 3 qadın idmançı təmsil edəcək
"Azərbaycan Bakıda keçiriləcək idman gimnastikası üzrə FIG Dünya Kubokunda qadınlar arasında 3 idmançı ilə təmsil olunacaq". Bunu idman gimnastikası üzrə qadınlardan ibarət milli komandanın baş məşqçisi Nina Pravdina deyib.
"Qarabağ"da bir cəzalı, üç zədəli
Topaz Premyer Liqasının 15-ci turunda "Qəbələ"ni qəbul edəcək "Qarabağ" bu oyuna ciddi itki ilə çıxacaq. Ağdam klubunun əsas qapıçısı İbrahim Şehiç vacib görüşdə komandasına kömək edə bilməyəcək. 12-ci turun "Sumqayıt"la matçında rəqibi vurduğuna görə AFFA İntizam Komitəsi tərəfindən 3 oyunluq diskvalifikasiya olunan bosniya və herseqovinalı qolkiperin cəzası növbəti turda başa çatacaq.
“Qarabağ” – “Qəbələ” oyununu bu hakimlər idarə edəcək
“Zirə” 3 futbolçunun razılığını aldı
"Zirə" qış "transfer pəncərəsi"nin son günündə daha bir futbolçunu heyətinə qatacaq. Paytaxt təmsilçisinin növbəti transferi də əcnəbi futbolçu olacaq. Son olaraq Jomal Evans Uilyamsla anlaşan bakılılar bu gün "Bohemians"ın sol cinah müdafiəçisi Yani Urdinovla da münasibətləri rəsmiləşdirəcək. Makedoniya millisinin üzvü tibbi baxışdan uğurla keçsə, yeni komandası ilə 6 aylıq sözləşmə imzalayacaq.
Ronaldo: "O, dünyanın ən yaxşısı olacaq"
PSJ-nin futbolçusu Neymarın "Real"a keçəcəyi ilə bağlı müzakirələr səngimir. Braziliya futbolunun əfsanəsi, "Real"ın sabiq futbolçusu Ronaldo da bu məsələyə münasibət bildirib. O, keçid barədə hər hansı bilgiyə sahib olmadığını deyib. Ancaq Ronaldo Neymarın "Real"da oynamasını istədiyinə işarə edib:"Bu barədə heç nə deyə bilmərəm. "Real" rəhbərliyindən məsələ ilə bağlı heç nə eşitməmişəm. Biz yalnız hazırda olanlarla bağlı fikir bildirə bilərik.
Kəpəz" bu gün 2 legionerlə müqavilə bağlayacaq - RƏSMİ
Mövsümün ikinci yarısına Bakıda hazırlaşan "Kəpəz" bu gün daha 2 futbolçunun keçidini həll edəcək. Gəncə təmsilçisi trinidad və tobaqolu hücumçu Şhahdon Vinçester və ukraynalı müdafiəçi İqor Korotetski ilə rəsmi müqavilə imzalanacaq. Hər iki əcnəbinin müqavilə müddəti mövsümün sonuna kimi olacaq.
De Xea "Mançester Yunayted"in qarşısında şərt qoydu
"Mançester Yunayted"in qapıçısı David de Xea yeni müqavilə imzalamaq üçün şərt irəli sürüb. İspaniyalı qolkiper həftədə 350 min funt məvacib istəyir. Hazırda De Xeanın məvacibi həftədə 210 min funtdur.
Olimpiada başladı - Cəmi 1 təmsilçimiz var
Pxençxan şəhərində sayca XXIII Qış Olimpiya Oyunları start götürüb. Bu günə qədər bir dəfə - 1988-ci ildə Yay Olimpiya Oyunlarının ev sahibi olan Cənubi Koreya ilk dəfə "Ağ Olimpiada”nı təşkil edəcək.
Markizio: "A Seriyasında "Yuventus"dan başqa klubda oynamaram"
Qurban Qurbanov 2:0 öndə
Azərbaycan millisinin iyunun 9-da keçirəcəyi yoxlama oyunu həm də tanış baş məşqçilərin dueli olacaq. Latviya millisinə rəhbərlik edən Aleksandr Starkov yığmamızın çalışdırıcısı Qurban Qurbanovla dəfələrlə qarşılaşıb.














