Makedoniyanın qapıçısı millimizlə oyunu buraxacaq
Martın 27-də Azərbaycan millisi ilə yoxlama oyunu keçirəcək Makedoniya yığması itki ilə üzləşib. Balkanlılar David Mitov Nilsonun xidmətindən məhrum olub. Buna səbəb İsveçin "Norçepinq" klubunda çıxış edən 27 yaşlı qolkiperin zədələnməsidi. Karyerası boyu xırda zədələrdən əziyyət çəkən Mitov növbəti dəfə xəsarət alıb.
5 Mart 2018 13:56 İdmanMartın 27-də Azərbaycan millisi ilə yoxlama oyunu keçirəcək Makedoniya yığması itki ilə üzləşib. Balkanlılar David Mitov Nilsonun xidmətindən məhrum olub. Buna səbəb İsveçin "Norçepinq" klubunda çıxış edən 27 yaşlı qolkiperin zədələnməsidi. Karyerası boyu xırda zədələrdən əziyyət çəkən Mitov növbəti dəfə xəsarət alıb. Onun sağ əli biləkdən zədələnib. Klubun həkimləri qapıçının ən azı üç həftə hazırlıqlardan kənar qalacağını açıqlayıb. Bu isə o deməkdi ki, Mitov martın 23-də Finlandiya, 4 gün sonra Azərbaycana qarşı keçiriləcək görüşlərə çağırılmayacaq.
Qeyd edək ki, anadan olduğu İsveç futbolunun yetirməsi olan David bu ölkənin U-17, U-19, U-21, hətta əsas millisində forma geyinib. 2015-ci ildə Makedoniya yığmasında oynamağa qərar verən qolkiper bu komandanın ikinci qapıçısı sayılır. Apasport.az