İdman

Beyl "Çelsi"yə keçir?

2 Mart 2018 19:00

"Real"ın yarımmüdafiəçisi Qaret Beyl yayda "Real"dan ayrılacaq. Uelsli futbolçu "Çelsi"yə keçməyə hazırdır. "Kral klubu"nun onu Eden Hazardla dəyişdirmək istəməsi Beyli bu addımı atmağa məcbur edib. Özünə qarşı münasibətdən narazı qalan təcrübəli yarımmüdafiəçi yenidən İngiltərəyə qayıtmağın əleyhinə deyil.

İbrahimoviç geri qayıdır

2 Mart 2018 18:12

“Mançester Yunayted”də ulduzu parlayan Zlatan İbrahimoviç 2016-cı ildə son qoyduğu milli komandadakı karyerasına geri qayıtmaq istəyir. Bu mövsüm aldığı zədələr səbəbilə yaşıl meydanlardan uzaq qalan təcrübəli oyunçu Dünya Çempionatında milli formanı yenidən geyinmək istədiyini etiraf edib: “Milli komanda üçün darıxmışam. Nəticədə 20 ilimi verdiyim komandadır. Kənardan izləmək elə də asan deyil. Qapımı heç nəyin üzünə bağlamadım. Ancaq zədələr səbəbilə futboldan uzaq qalmışam. Formamı yenidən qazanana qədər milli komanda haqqında fikirləşmək doğru deyil”.

Harri Keyn Londonun ən yaxşısı seçildi

2 Mart 2018 17:32

"Tottenhem"in hücumçusu Harri Keyn 2017-ci ildə Londonun ən yaxşı oyunçusu seçilib. Bu münasibətlə 24 yaşlı forvarda "London Football Awards" mükafatı təqdim olunub. Keyn mükafata gedən yolda Sezar Azpilikueta ("Çelsi"), komanda yoldaşları Son Yun Min, Kristian Eriksen və Vilfrid Zahanı ("Kristal Pelas") qabaqlayıb. İngilis futbolçu ötən mövsüm 29 qolla Premyer Liqanın bombardiri olmuşdu.

İngilis klubları Marko Roysu izləyir

2 Mart 2018 17:26

"Borussiya Dortmund"un kapitanı Marko Roysa İngiltərənin 2 klubu maraq göstərir. 28 yaşlı yarımmüdafiəçini daha yaxından "Tottenhem" izləyir. Roys Dortmund klubu ilə yeni müqavilə imzalamasa, "mahmızlar" transfer üçün təklif göndərəcək.

"Arsenal"ın tarixində ilk

2 Mart 2018 17:21

İngiltərə Premyer Liqasının 28-ci həftəsində "Arsenal"ın qonağı olan "Manşester Siti" səfərdə 3:0 hesabı ilə qələbə qazanınb.  "Arsenal" tarixində ilk dəfə öz evində oynadığı matçın birinci hissəsində qapısında 3 qol görüb.

Qadınlar futbola gəldikləri üçün HƏBS OLUNDU

2 Mart 2018 17:00

İranda 35 qadın həbs edilib. Buna səbəb onların futbol matçını tribunadan izləmək istəkləri olub. Paytaxt Tehranda keçirilən “İstiqlal”-“Persepolis” qarşılaşması kişilərlə yanaşı, qadın azarkeşlərin də marağına səbəb olub. 

Millinin üzvü 100 milyon avroya satıla bilər

2 Mart 2018 14:04

"Başakşəhər" klubunun prezidenti Göksal Gümüşdağ Çempionlar Liqasının 1/8 final mərhələsində adını tarixə yazdıran Cengiz Ünderlə bağlı maraqlı açıqlama verib. Prezident jurnalistlərə açıqlamasında "Roma" forması geyən Cengizin 100 milyon avroya satıla biləcəyini bildirib. 

UEFA dünyanın ən böyük liqasını QURUR

2 Mart 2018 13:36

UEFA bütün dünya ölkələrini əhatə edəcək yeni bir turnir təşkil etməyi planlaşdırır. Layihənin adı “Qlobal Ölkələr Liqası” olacaq. Slovakiyada keçirilən konqresdə Çempionlar və Avropa Liqasının gələcəyi ilə bağlı radikal dəyişikliklər edən ali futbol qurumu yeni və daha genişmiqyaslı liqanın hazırlıqlarına da başlayır. “Qlobal Ölkələr Liqası”nda sadəcə Avropa deyil, dünyanın hər yerindən milli komandalar yarışa biləcək. Bu layihə bir növ Dünya Çempionatının kiçik modeli olacaq.

Messidən daha bir İNANILMAZ REKORD

2 Mart 2018 13:35

"Barselona"nın hücumçusu Lionel Messi İspaniya La Liqasının 26-cı turunda "Las Palmas"a qarşı keçirən matçda əlamətdar gün yaşayıb. Argentinalı oyunçu matçda komandasının yeganə, karyerasının isə 599 qoluna imza atıb. Bununla Messi qol sevinci yaşadığı stadionların sayını 36-ya çatdırıb.

Soyuğa görə oyundan imtina etdilər

2 Mart 2018 12:57

Rusiyanın “Spartak Moskva” komandası Samara şəhərini təmsil edən “Krıliya Sovetov”la qarşılaşmaqdan imtina edib. Paytaxt təmsilçisi buna səbəb olaraq hava temperaturunun -15 dərəcə olduğunu göstərib. Qarşı tərəf isə “Spartak Moskva”nı qorxaq adlandırıb.

5 qat dünya çempionu həbs olundu

2 Mart 2018 12:05

ABŞ polisi üzgüçülük üzrə beşqat dünya çempionu olan rusiyalı idmançı Yuliya Yefimovanı Los-Ancelesdə saxlayıb. 

“Barsa” 20 nəfəri xilas edən yeniyetməyə kömək təklif etdi

2 Mart 2018 11:51

"Barselona" ABŞ-ın Florida şəhərindəki məktəbdə törədilən faciə zamanı qəhrəmanlıq göstərən sabiq yetirməsinə kömək təklif edib. Venesuela əsilli 15 yaşlı Entoni Borxes məktəbə hücum zamanı 20 nəfəri sinif otağına salaraq, qapını bağlayıb. Bu zaman o, 5 güllə yarası alıb. Entoni 2016-cı ildə Floridada yerləşən "Barsa" akademiyasında da bir müddət təhsil alıb. Klub rəhbərliyi sabiq yetirməsinin qəhrəmanlığından xəbər tutduqdan sonra onun valideyinləri ilə əlaqə saxlayıb.

"Mançester Siti"dən 63 il sonra BİR İLK

2 Mart 2018 11:20

İngiltərə Premyer Liqasının 28-ci həftəsində “Arsenal”ın qonağı olan “Mançester Siti” səfərdə 3:0 hesabı ilə qələbə qazanınb. “Arsenal” tarixində ilk dəfə öz evində oynadığı matçın birinci hissəsində qapısında 3 qol görüb.

Neymarla bağlı acı xəbər - Uzun müddət futbol oynamayacaq

2 Mart 2018 11:10

Futbol üzrə Braziliya yığmasının və Fransanın PSJ klubunun hücumçusu Neymarın zədə səbəbindən nə vaxta qədər yaşıl meydanlardan uzaq qalacağına aydınlıq gəlib. Bu barədə Braziliya millisinin həkimi Rodriqo Lasmar məlumat verib. Onun sözlərinə görə, artıq əməliyyat üçün Rio-de-Janeyroya yollanan 26 yaşlı futbolçunun bərpası üçün 3 aya yaxın vaxt lazım gələcək.