"Anortosis" Arazı birdəfəlik ala bilər

"Anortosis" millimizin futbolçusu Araz Abdullayevi birdəfəlik ala bilər.  Kipr klubu rəhbərliyi və məşqçi heyətinin 25 yaşlı yarımmüdafiəçinin çıxışından razı olduğu və onun gələcəkdə komandaya kömək edəcəyi düşündüyü vurğulanıb.

"Anortosis" millimizin futbolçusu Araz Abdullayevi birdəfəlik ala bilər.  Kipr klubu rəhbərliyi və məşqçi heyətinin 25 yaşlı yarımmüdafiəçinin çıxışından razı olduğu və onun gələcəkdə komandaya kömək edəcəyi düşündüyü vurğulanıb. Xəbərdə A.Abdullayevin müqavilə ilə məxsus olduğu "Qəbələ"nin "Anortosis"dən bu transfer üçün 150 min avro tələb etdiyi bilirilib. Klub həmin məbləği ödəyib-ödəməyəcəyi ilə bağlı yekun qərarı hələ verməyib. Bu, onun növbəti matçlardakı çıxışından asılı olacaq.

Qeyd edək ki, A.Abdullayev mövsümün əvvəlindən icarə əsasında "Anortosis"də oynayır. Qol.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31